Maraqlı

Bengü boşanır? - 3 həftə əvvəl evlənib

18 Sentyabr 2018 13:25
0 Şərh     Baxış: 2 772
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Beyaz TV-də yayımlanan "Söylemezsem olmaz" verilişində yeni ailə quran müğənni Bengünün boşanacağı deyilib.

Milli.Az axşam.az-a istinadən məlumat verir ki, canlı yayım zamanı ifaçı verilişə zəng edib və yayılan xəbərin doğru olmadığını deyib:

"15 gündür ailə qurmuşuq. Belə şeyləri necə ağlınıza gətirə bilirsiz? Aramızda nə dava, nə də gərginlik olub. Bu haqda danışmaq belə insana pis təsir edir. Biz yeni evlənən ikiliyik. Belə xəbər hazırlamağınız belə düzgün deyil".

Qeyd edək ki, Bengü və Səlim Səlimoğlunun toyu 29 avqustda baş tutub. 

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.