Maraqlı

Rus milyarderin yaxtasına 3 milyonluq yanacaq vurulur

20 Sentyabr 2018 23:32
1 Şərh     Baxış: 2 197
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Rus iş adamı Viktor Raşnikova aid lüks yaxta Türkiyənin Muğla şəhərinin Fəthiyə rayonundakl limanda lövbər saldı.

Dünyanın ən böyük yaxtalarından biri olduğu bildirilən "Ocean Victory" səhər saatlaında Fəthiyə limanına yaxınlaşdı.

Milli.Az TRT-yə istinadən bildirir ki, yaxtaya 26 tankerlə Əliağa Neft Emalı Zavodundan gətirilən 550 min litr yanacaq doldurulmağa başladı.

Maye yanacağın doldurulmasının axşam saatlarına qədər davam edəcəyi bildirilir.

İş adamı yanacaq üçün təxminən 3 milyon lirə ödəyəcək.

400 milyon dollar dəyərindəki yaxtanın sabah səhər saatlarında limandan ayrılacağı qeyd edilir.

Lüks yaxtada vertolyot meydançası,  hovuz, cakuzi, yemək və iclas zalı, iş otağı və idman alətləri var.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.