Maraqlı

Çimərlikdə öldürücü köpəkbalığı hücumu

16 Sentyabr 2018 19:08
0 Şərh     Baxış: 887
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Köpəkbalığı hücumüna məruz qalmış kişi aldığı yaralardan hospitala aparıldıqdan sonra ölüb, Wellfleet şəhər polisi bildirib.
ABŞ-ın Massachusetts ştatındakı çimərlikdə 20 yaşlarında olan kişi, güman olunduğuna görə, köpəkbalığının hücumu nəticəsində aldığı yaralardan ölüb.

Hadisə Newcomb Hollow çimərliyində şənbə günü baş verib.

Sözügedən kişi sudan çıxarılaraqdan sonra ona süni nəfəs verilib, lakin aldığı yaralar səbəbilə hospitala aparıldıqdan sonra ölüb, Wellfleet şəhər polisi bildirib.

Massachusetts ştatında köpəkbalığının hücumu nəticəsində insan ölümü hadisəsi sonuncu dəfə 1936-cı ildə qeydə alınmışdı.

AP agentliyi xəbər verir ki, hücum baş verən an sözügedən kişi dənizdə serfinq taxtası üzərində üzürmüş.

Rəsmilər hadisə baş vermiş çimərliyin 24 saat ərzində bağlı qalacağını bildiriblər.

Hadisənin şahidi Cape Cod Times qəzetinə deyib ki, "baş verənləri dəhşətlə izləyib".

"Suyun üzündə birdən-birə nəhəng qabarma baş verdi. Təxminən 4-5 metr enində. Su sanki, qaynayırdı", - Joe Booth deyib.

Avqust ayında həmin çimərliyin yaxınlığında 61 yaşlı nevropatoloq William Lyton da köpəkbalığının hücumuna məruz qalmışdı.

Ayağından yaralar almış William Lyton hazırda xəstəxanada müalicəsini davam edir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.