Maraqlı

Bu məcun, insana türmədə gümrah qalmağa kömək etdi

18 Sentyabr 2018 20:59
0 Şərh     Baxış: 1 785
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Məşhur padşah Ənuşirəvan, günlərin birində Buzər Cumhuru zindana salır. Bir neçə gün sonra bir nəfəri göndərir ki, onun halını soruşsun.

Milli.Az deyerler.org-a istinadən bildirir ki, Ənuşirivanın göndərdiyi şəxs onu sağlam və gümrah halda görür. Səbəbini soruşur.

Buzər isə deyir ki, xüsusi məcun vardır və ondan istifadə etmişdir. Bu məcun sayəsində gümrah qalmışdır. Sonra məcunun içində olanları sayır:

1. Allaha təvəkkül.

2. Nəzərə almaq ki, halsız olmaq məsələni həll etmir.

3. Səbir insanın köməyinə gəlir.

4. Əgər səbir etməsəm, nə edəcəyəm ki?

5. Məndən çox çətinliyi olan insanlara diqqət etmək.

6. Bu sütundan o biri sütuna fərəc vardır. (Yəni, çətinlik müvəqqətidir, fərəc mütləq onun sorağına gələcəkdir)".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.