Maraqlı

60 il işləyə bilən "ağıllı" lampa yaradılıb

18 Sentyabr 2018 08:25
0 Şərh     Baxış: 1 375
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İngiltərənin məişət elektrik cihazları istehsalçısı tərəfindən təqdim edilmiş xüsusi masaüstü lampa təxminən 60 il müddətində işləyəcək. Bu haqda istehsalçının saytında məlumat verilib.
 
Milli.Az ICTnews-a istinadən bildirir ki, "ağıllı" lampa təbii işıq imitasiyasını yaradır. İstehsalçılar qurğuda 6  lampa quraşdırmaqla buna nail ola biliblər. Lampalardan 3-ü soyuq işıq, digərləri isə isti işıq saçır. Lampanın sahibi korpusda yerləşən sensorlar sayəsində lazımi və rahat işıqlandırmanı təyin edə bilər.
 
Şirkətin rəsmisi deyib ki, lampa, həmçinin gün işığının intensivliyini izləyə bilər. Bu o deməkdir ki, informasiyanı təhlil edən lampa lazımi rəng və parlaqlığı özü təyin edə bilər.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.