Maraqlı

"Fastfood" qidalarını tərk edə bilməyənlər nə etməlidir?

18 Sentyabr 2018 23:55
0 Şərh     Baxış: 1 279
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Qısa müddət ərzində hazırlanan və artıq həm qlobal və həm regional fakta çevrilən "fastfood" adı ilə məşhur olan qidaları bu gün elmi olaraq araşdırmaq istədik. Araşdırmalarımız zamanı bunu da bilirdik ki, "fastfood"dan tam imtina artıq müasir dövrümüzdə qeyri-mümkün bir hala çevrilib. Lakin biz necə edək ki, "fastfood" adlı qidaları zərərsiz halda yeyək və ya necə edək ki, bu qidalar bizə az zərər versin?

Bir haşiəyə çıxıb, bu araşdırma zamanı bizim üçün aydın olan bir faktı siz əziz oxucuların diqqətinə çatdırmaq istərdik. Heç düşünmüşükmü, görəsən niyə "fastfood" adlı qidaları insanlar bir dəfə qəbul etdikdən sonra, ondan əl çəkə bilmir?

Milli.Az deyerler.org-a istinadən bildirir ki, dunun səbəbi çox sadədir. Bu, Çində istehsala başlayan və ABŞ və Avropa İttifaqı ölkələri tərəfindən qəbul edilmiş "Monosadyum glutamat" adlı duza görədir. Qısa adı MSG olan duzun tərkibində olan mineral maddələr vasitəsilə, mədə şirəsini həddindən artıq sulandırmaq və beyinlə mədə arasında sinir kanalı yaradaraq, orqanizimdə MSG maddəsini yenidən istifadə etmək meyli oyatmaq gücünə malikdir. Bundan əlavə, dünyada ticarət sektorunda bu duzun adı müxtəlif cür adlandırılmaqdadır. Buna misal olaraq: "AJI-NO-MOTO®", "Vetsin" və "Ac'cent"i göstərmək olar. Beləliklə, buradan belə nəticəyə gəlmək olar ki, "fastfood" qidalarına vurulan MSG duzunun vasitəsilə, insanlarda "fastfood"a olan marağı və meyli oyandıran Çin, ABŞ və qida sektorunda söz sahibi başqa ölkələr, "fastfood" bazarının inkişafını bu cür təmin edirlər.

İndi isə, gələk mətləbə. "Fastfood"lar bufetlərdə, səyyar satış yerlərində, paket servislərdə və ən nəhayət - nəhəng "fastfood" restoranlarında günü-gündən gənc, uşaq və orta yaşlı təbəqənin marağını özünə cəlb edir.

Bəs görəsən, hansı qidalar "fastfood" olaraq adlandırılır?

İlk əvvək bunu qeyd edək ki, "fastfood" qidalarına hər gün gərgin iş qrafikinə uyğun işləyən insanlar daha çox müraciət edirlər. Bu isə, onların sağlamlıqlarına ciddi zərər vurur. "Dünya Qida Təşilatı" (FAO) isə, "fastfood" qidalarına: hamburgeri, rəngli və boyalı suları, dönəri, lahmacunu, soyuq sendviçləri, qızardılmış kartofu, tez qızardılmış toyuğu və tez hazırlanan balıq məhsullarını, pizzanı və s. daxil edirlər.

Bəs "fastfood" harada yaradılıb və zərərləri nədir?

Amerikadan bütün dünyaya sürtəli bir şəkildə yayılan "fastfood" adlı sürətli və tez hazırlanan qidalar gənc və uşaqların çox tez-tez müraciət etdiyi qidalar sırasındadır. Bu tendensiya ABŞ höküməti tərəfindən dəfələrlə etirazla qarşılansa da, "fastfood"un tez hazırlanması və ən əsası hazırlanması zamanı ciddi vaxt tələb etməməsi onun etirazlara baxmayaraq populyarlaşmasına səbəb oldu. Bu, əsasən anaları bütün günü işdə olan uşaqların və bütün günü oturaq həyat tərzi keçirən və ofisdə işləyən insanların bir nömrəli qidasına çevrilməli oldu. Bu isə, orqanizmə çox cidddi zərbə vurur. Ümumiyyətlə, "Dünya Səhiyyə Təşkilatı"nın apardığı sorğu nəticəsində yüksək təzyiqə, qlobal piylənməyə, sinir sisteminin pozğunluğuna, sümüklərin çürüməsinə və yaxud sıradan çıxmasnaı, uşaqlarda əqli pozğunluqlara və başqa xəstəliklərə "fastfood"un səbəb olduğu üzə çıxıb. Buna görə də mütəxəssislər "fastfood" qidalarının zərərlərini azaltmaq üçün bir sıra tövsiyələr veriblər.

Hamburger

Zərəri azaltmaq üçün mütəxəssislər hamburgerdən əvvəl az yağlı salat yeməyi və daha sonra hamburgerə başlamağı məsləhət görürlər. Beləliklə də hamburgeri çox miqdarda yeməkdən imtina edəcəksiniz.

Hamburgerin yanında qazlı su içməyin. Məsləhətdir ki, adi suya keçid edəsiniz.

Hamburgerlə birlikdə qızardılmış kartof əsla yeməyin. Çünki bu, qanda şəkəri çox pis şəkildə qaldırır.

Neçə müddətdən bir hamburger yemək məsləhətdir?

Mütəxəssislər 15 gündən bir, günorta yeməyində hamburgeri yeməyi məsləhət görürlər, lakin yuxardakı şərtlər daxilində.

Qızardılmış kartof

Qızardılmış kartofun içində nə var? Çoxlu karbohidrat, bol miqdarda duru yağ və təbii ki, kartof dənələri.

Zərərlərini azaltmaq üçün, qızardılmış kartofu çox duzlu yemək olmaz. Lakin ketçup və xardalla yemək olar. Lakin qətiyyən qızardımış kartofu mayonezlə yemək olmaz.

Neçə vaxtdan bir yemək məsləhətdir? Qızardılmış kartofu həftədə bir dəfədən çox olmayaraq yemək məsləhət görülür, amma günorta vaxtı yeyilməlidir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.