Maraqlı

Xurma orqanizmin şəkərə olan ehtiyacını təmin edir

18 Sentyabr 2018 23:05
0 Şərh     Baxış: 3 521
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Xurma elə bitkilərdəndir ki, Quranda adı çəkilmişdir. Müsəlmanlar onu behişt meyvəsi kimi tanıyırlar. Bu meyvənin tərkibində çox sayda vitaminlər vardır. O cümlədən: A, B, C, E. Hər bir 100 qr. xurmada 14 milliqr. C vitamini vardır. Bundan başqa, tərkibində fosfor, kalsium, dəmir, yod və maqnezium vardır. Bu maddələrin hər biri sağlamlıq üçün çox faydalıdır.

Xurma tərkibində olan maqneziuma görə xərçəng əleyihənədir. Ona görə də bu meyvədən istifadə etmək çox tövsiyə olunur. Bu meyvə oruc tutanlar üçün də faydalıdır. Çünki tərkibində olan şəkər insanın gündəlik ehtiyacını təmin edir və həm də həzm sistemini təhrik edir.

Əgər xurma un məhsulları ilə bir yerdə qəbul edilərsə, oruc zamanı insan gündəlik fəaliyyət üçün lazım olan enerjiyə malik ola bilər.

İnsan oruc tutan zaman şəkəri aşağı düşər və elə qidalardan istifadə edilməlidir ki, tez həzm oluna bilsin. Hər kəs iftara yaxın baş ağrısından əziyyət çəkərsə, bu, bədəndə şəkər azlığından xəbər verir. Əgər insan iftarını xurma ilə açarsa, həmin ağrının qarşısını almış olar.

Xurmanın özü faydalı olduğu kimi, onun şirəsi də çox faydalıdır. Xurmanın şirəsindən bakteriya əleyhinə istifadə olunur və yaraların sağaldılmasında təsirlidir. Mütəxəssislərin nəzərinə görə, bu şirə hətta baldan da faydalıdır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.