Maraqlı

Bakıda satılan 5 otaqlı evin qiymətinə Braziliyada ada almaq olar - Fantastik qiymət

16 Sentyabr 2018 12:18
10 Şərh     Baxış: 13 496

Paytaxtda 13 000 000 AZN qiymətində ev satılır.

Milli.Az moderator.az-a istinadən xəbər verir ki, bu barədə elan bina.az saytında yerləşdirilib. Elan sayta bu gün yerləşdirlilib.

Məlumata əsasən, Bakı şəhəri, Rəsulzadə qəsəbəsində yerləşən 5 otaqlı ev çox baha qiymətə satılır.

Belə ki, ümumi sahəsi 4 sot olan evin yaşayış sahəsi 255 kvadratmetr təşkil edir. Bu cür villaya sahib olmaq istəyən şəxs nə az, nə çox düz 13 000 000 manat ödəməli olacaq.

Qeyd edək ki, bu qiymətdən də aşağı, Braziliyaya məxsus İlha Das Pacas adlı ada almaq mümkündür. Adanın sahəsi 400 kvadratmetr yox, 146 kvadrat kilometr təşkil edir.

Milli.Az

loading...

Şərh yaz:

10 Şərh:

  • Anonim
    F1 · 16 Sentyabr 12:4067

    halal xoslari olsun. onu qazanan oglana dusur

    Cavab yaz
  • Anonim
    Arik · 16 Sentyabr 13:13103

    Allah bilir kimi bədbəxt eliyib bunu tikib.

    Cavab yaz
  • Anonim
    VƏTƏNDAŞ · 16 Sentyabr 13:15141

    BAKIDA BU BAHACILIQLARI SALAN KİMLƏRDİR

    Cavab yaz
  • Anonim
    Mimi · 16 Sentyabr 13:50140

    Allah bilsin hansı məmurun evidir.rüşvətin hesabına tikilir o evlər

    Cavab yaz
  • Anonim
    GƏNCƏLİ AVROPADAN... · 16 Sentyabr 14:1790

    Nə matah evdir ki o boyda qiyməti var9

    Cavab yaz
  • Anonim
    F044 · 16 Sentyabr 14:22111

    Riyaziyati zəif olan yerləşdirib elani sifirlarini bir az çox edib )))

    Cavab yaz
  • Anonim
    H.H · 16 Sentyabr 14:5030

    Qiymet cox baha kimi gorune biler.Evin icini gormeden nese demek olmaz.Belke o eve o qeder xerc cekilib ki,o qiymete deyir.

    Cavab yaz
  • Anonim
    Anonim · 16 Sentyabr 14:5370

    13 milyon yox, 1 milyon 300 mindir evin qiyməti. Düzgün məlumat verin.

    Cavab yaz
    • Anonim
      $.$.$. · 16 Sentyabr 15:23102

      Pinti ərəblər 13milyon olsa da alacaqlar .

      Cavab yaz
    • Anonim
      Səba · 17 Sentyabr 09:1610

      bina.az saytında tapıb baxdım: həqiqətən də 13000000-dur qiyməti.

      Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.