Maraqlı

Kofein içmək asılılıq yaradırmı?

15 Sentyabr 2018 20:21
0 Şərh     Baxış: 930
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Qəhvə, çay və bir sıra enerji içkilərinin tərkibində kofein var. Şokoladın tərkibində də bu maddəyə rast gəlmək olar.

Əslində kofein bütün dünyada ən çox istifadə olunan maddələrdəndir.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, alimlər kofeinin beyinə göstərdiyi təsirləri araşdırıblar. Tədqiqatlar göstərib ki, kofein digər, faciəvi nəticələrə səbəb olan maddələr kimi asılılıq yaratmır. Əksər insanlar daha çox enerji ala bilmək üçün hər səhər bir fincan qəhvə içir.

Kofein bu enerjini necə tənzimləyir?

Alimlər bu prosesin beyində baş verdiyini deyirlər. Nevroloqların sözlərinə görə, kofe yaxşı yatmaq mümkün olmayanda, pik saatlara qədər işlədikdə və ya əhvalın pis olduğu vaxtlarda bizə kömək edir.

Kofein asılılığını araşdırmaq məqsədilə bir neçə könüllüyə iki-üç fincan qəhvədə bərabər kofein proteinləri verilib. Sonra mütəxəssislər onları xüsusi aparatın içərisinə salaraq beyinlərinin fəaliyyətini müşahidə ediblər. Müşahidələr göstərib ki, digər asılılıq yaradan maddələr beyinə böyük dozada dofamin buraxır, kofeinin təsiri isə bundan bir az fərqlidir. Kofein beyində dofamin molekullarının üzərinə qonan reseptorların sayını artırır və bu, özümüzü daha gümrah və ayıq hiss etməyə şərait yaradır.

Nəticədə məlum olub ki, kofein asılılıq yaratmır və onun çox cüzi mənfi təsirləri var.

Günün əvvəlində enerjili olmaq üçün qəhvə içmək zərurəti vərdiş sayılmır və insan istədiyi vaxt qəhvə içməyi dayandıra bilər.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.