Maraqlı

Toy fotoqrafının gözü ilə: boşanmaya aparan 7 işarə

15 Sentyabr 2018 19:07
7 Şərh     Baxış: 2 638

Heç başlamadan bir evliliyin boşanma ilə bitəcəyini təxmin edə bilərsinizmi?

Bəzi toy fotoqrafları illər boyu əldə edilmiş təcrübələrinə əsasən söyləyirlər ki, fotolarını lentə aldıqları cütlüklərin taleyini əvvəlcədən görə bilirlər.

Fotoqrafların sosial xəbər səhifəsi Reddit-də paylaşdıqları boşanma işarələri belədir:

1. Əgər bir tərəf şəkil çəkdirməklə maraqlanmırsa

Bir dəfə nikah mərasimində özümü gəlinə təqdim edən zaman bəy fotoaparatıma işarə edib dedi: "Bu lənətlik aparatı bu gün nəbadə mənə tərəf tuşlayasan!" Çox çətin bir gün olmuşdu. 3 ay sonra boşandılar.

Məncə, uğurlu və uzun müddətli münasibətin açarı partnyorunuzun ehtiyaclarını nəzərdə saxlamaqdır.

2. Cütlük toyda birgə vaxt keçirmirsə

Nikah mərasimindən sonra, bir çoxu toyunu həyəcanla gözləyir.

Bir dəfə bir toyu başdan-ayağa çəkmişdim və cütlüyün birgə şəkillərinin sayı heç 10-u keçməzdi. Bu isə heç də yaxşı göstərici deyil.

3. Evlilikdən çox nikah və toya köklənilirsə

Birgə şəkillər çəkdiyim ortağımla bunu tez-tez müzakirə edirik. 8, 10, 12 saat boyunca gəlin və bəyi bir obyektivə baxan şəkildə, ətrafdakı təsirlərdən asılı olmayan formada yaddaşa həkk edirik və bir-birləri ilə olan münasibətlərinə köklənirik.

Xüsusilə də təmas, istilik, romantika daşıyan anları tutmağa çalışırıq. Bunlar olmadıqda sevginin yoxluğunu dərhal hiss edirsən.

Cütlüklərin toydan əvvəlki təşkilat görüşlərində, nişan çəkilişlərində və nikah günü onlarla çox vaxt keçiririk. Qısa müddətdə hansı üçün nəyin əhəmiyyətli olduğu özünü büruzə verir.

Çox sayda cütlük var ki, xüsusilə də gənc cütlüklər, yalnız nikah və toylarını düşünürlər, evliliyin özünə bir o qədər də diqqət ayırmırlar.

Gənc cütlüklər ilə daha yaşlı-ikinci evlilik yaşayan cütlüklər arasında böyük fərq var.

evlilik

4. Ən əlverişsiz anda mobil telefonuna cavab verirsə

İndi evli qalıb-qalmadıqlarını bilməsəm də, bir bəy nikah mərasimində yeridiyi zaman telefonla danışırdı və əynində cins şalvar var idi.

Gəlin isə heç də xoşbəxt görünmürdü. Təəssüf ki, gəlinin telefona reaksiyası zamanı şəkil çəkmədim.

5. Cütlüyün arasında bir bağlılıq yoxdursa

İlk etdiyim foto sessiya Philadelphia-da yerləşən bir muzeydə evlənən cütlük üçün olub.

10 illik toy fotoqrafı olan və bu sənəti mənə öyrədən dostu da mənimlə idi.

Dostum onların öpüşən yerdə şəkli olsun istədi və bu təklifi edən zaman gəlin "Yox, yox, çox sağ olun" dedi.

100-dən çox nikah mərasimində foto çəkən dostum bir-birindən bu qədər xoşu gəlməyən ikinci cütlük görmədiyini demişdi.

evlilik

6. Toy tortunun kəsilmə forması

Klişe səslənsə də, məncə, toy tortu kəsildiyi zaman yaşananlar da çox önəmlidir. Cütlük dərhal bir-birinə tortu yedirir? Yaxşı göstəricidir. Biri digərinin burnuna, üzünə krem sürtür? Yenə də yaxşı göstəricidir.

Amma qarşı tərəf bu zarafatlara kəskin reaksiya verirsə, heç də yaxşı işarə deyil. Məncə, bu, münasibətin sonu olacaq sevgisizliyə işarədir.

Üzünüzə krem sürtülməsini istəməsəniz belə, vəziyyəti gülərək ötüşdürə bilməli və yaxşı vaxt keçirməyə köklənməlisiniz.

7. Pula münasibət fərqlidirsə

Bir dəfə bir cütlük studiyaya gəldiyi zaman satış təqdimatı edir və toy fotoqrafı kimi məni seçmələri gərəkdiyini izah etməyə çalışırdım. Gəlin ayaq yoluna getmək üçün üzr istədi və ayağa qalxdı.

Gəlin uzaqlaşdıqdan sonra, bəy mənə "Bu toy məni məhv edəcək. Əvvəl hesabladığımız toy büdcəsi hazırda iki dəfə artıqdır," dedi.

150 qonağın dəvət olunduğu möhtəşəm toydan cəmi 6 ay sonra ayrıldılar.

Milli.Az

loading...

Şərh yaz:

7 Şərh:

  • Anonim
    GƏNCƏLİ AVROPADAN... · 15 Sentyabr 20:0930

    Deyəsən, dünyanın hər yerində toy xərcləri problemdir....)))

    Cavab yaz
    • Anonim
      ) · 15 Sentyabr 20:5610

      1918-ci ildə Bakıya göstərdiyiniz köməyə görə təşəkkür,Gəncəli.

      Cavab yaz
      • Anonim
        GƏNCƏLİ AVROPADAN... · 15 Sentyabr 22:1110

        Məhəmməd Əmin Rəsulzadə

        Cavab yaz
        • Anonim
          ) · 15 Sentyabr 22:1810

          Qatar gəlir yan verir, Gəncəliyə can verir. Gəncənin cavanları, ,,Bakı"deyib can verir. 15.09.2018.

          Cavab yaz
          • Anonim
            ) · 15 Sentyabr 22:4000

            15.09.1918

            Cavab yaz
          • Anonim
            GƏNCƏLİ AVROPADAN... · 15 Sentyabr 22:4900

            Yadıma uşaqlığım düşdü, haradasa 93cü ilə 5 ya 6 iyun gecəsi idi. Gəncə də Gəncə batalyonu Surətin başçılığı və KİMLƏRİNSƏ tırkası ilə Qarabağdakı döyüşlərin başını buraxıb üz çevirmişdi Bakıya, hakimiyyəti devirməyə. Həmin günlərdən biri idi. Gəncədə hər yer dolu əsgər idi. "Bakılı" deyəndə elə bil düşmən adı çəkirdilər. Konkret qardaş qırğını iyi vardı havada. Bir gecə iki bakılı əsgər gizlənmək üçün bizim küçəyə üz tutdu. Onları qonşumuz qəbul etdi. Rəhmətlik Saleh dayı. Taksi şoferi idi, 7 nəfərlik külfətin başçısı idi. O gizlətdi evində onları. Bütün küçə bilirdi ki, onlar oradadır. Həmin gecə Surətin əsgərləri gəldilər ki, bu küçədə iki nəfər bakılı əsgər gizlənib. Bir-bir küçədə hamının qapısını döhüb soruşdular ki. Onları bizə verin. Nə heç kim satmadı, nə də vermədilər.Gəncə Bakı söhbəti etdin, o yadıma düşdü

            Cavab yaz
            • Anonim
              ) · 15 Sentyabr 23:0500

              Yadımdadı o günlər,bir məhlə uşagı var idi,Prezident qvardiyasında xidmət edirdi, o vaxt Gəncədə tərksilah olunmuşdular,( daha dogrusu silah işlətməkdən imtina etmişdilər).Deyir icra hakimiyyətinin qabagında qadınlar bunun üzünə tüpürmüşdulər, arada zarafat eliyib gülürük ona)

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.