Maraqlı

Ürəkparçalayan hadisə - üzünə qəsdən boya püskürdülən evsiz kişi öldü - VİDEO - FOTO

15 Sentyabr 2018 11:34
6 Şərh     Baxış: 3 544
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bir neçə gün əvvəl İngiltərədə ürək ağrıdan hadisə yaşanmışdı. Yeniyetmə uşaqlar hasarın qarşısında oturan evsiz kişini sprey şəklindəki boya ilə rəngləmişdilər. Bu anın görüntüləri sosial şəbəkələrdə yayılaraq kəskin etirazlara səbəb olmuşdu.

Milli.Az Evening Standard-a istinadla xəbər verir ki, ötən gün Midlsbro şəhərindəki qəbirstanlıqdan həmin evsiz kişinin cəsədi tapılıb.

30 yaşlı kişinin daima oturduğu hasarın önünə ölümündən sonra gül-çiçək qoyulub.

Onun oturduğu yerdə divardakı boya qalığı və gül dəstələri təsirli görüntü yaradıb.

Milli.Az sözügedən görüntüləri təqdim edir:

Bəxtiyar Umarlı
Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:
Ürəkparçalayan hadisə - üzünə qəsdən boya püskürdülən evsiz kişi öldü

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.