Maraqlı

Elektron siqaretlər xərçəng yaradır

14 Sentyabr 2018 17:40
0 Şərh     Baxış: 584

Populyar olan elektron siqaretlər ("vayp") ağciyər xərçənginin ağır formalarının yaranmasına səbəb ola bilər.

Milli.Az EurekAlert-ə istinadən bildirir ki, amerikalı alimlərin apardıqları araşdırma nəticəsində bəlli olub ki, elektron siqaret çəkən şəxsin ağciyərinə düşən, ağciyər xərçəngi yaradan kimyəvi birləşmələri əksəriyyəti elə ağciyərdə qalır.

Elektron siqaretlərdən istifadə edən 12 nəfəri müşahidə edən alimlərin hesabatında vurğulanır ki, elektron siqaret çəkiləndən sonra ağciyərə düşən havada aldeşidlərin orta sıxlığı bu siqareti çəkənə qədər olan göstəricidən 10,5 dəfə artıqdır.

Elektron siqaretlərin tüstüsünün tərkibindəki formaldeşidlərin miqdarı isə normadan yüzlərlə dəfə çoxdur.

Milli.Az

loading...

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.