Maraqlı

Misirdə polislərə saqqal saxlamaq qadağan edildi

14 Sentyabr 2018 17:52
0 Şərh     Baxış: 334

Misir məhkəməsi polis əməkdaşlarına saqqal saxlamağı qadağan edib.

Milli.Az Trend-ə istinadən bildirir ki, 6 ildir ki müzakirə mövzusu olan, mübahisələrə yol açan müvafiq qərar hökumətin tələbinə əsasən polisin dünyəvi institut kimi qalması ilə əlaqədar qəbul edilib.

Hakim Məhəmməd Mahir Əbdül-İnein deyib ki, saqqal xidmətdə olan şəxsin fəaliyyəti qadağan edilmiş siyasi və terror təşkilatına aid olduğunu göstərə bilər.

Xatırladaq ki, Misirdə "Müsəlman qardaşlar" təşkilatının lideri Məhəmməd Mursi hakimiyyətə keçəndən sonra 2012-ci ildə yüzlərlə polis saqqal saxlamağa başlamışdı.

Milli.Az 

loading...

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.