Maraqlı

Kişilərdə cinsi gücü azaldan 6 amil

14 Sentyabr 2018 23:52
4 Şərh     Baxış: 16 710
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Mütəxəssislər qeyd edir ki, müasir kişilər arasında potensiya problemləri xeyli artıb və cavanlaşıb.

Əvvəllər kişi gücünun zəiflənməsi adətən 60 yaşdan sonra qeyd olunurdusa, hal hazırda hətta 30-40 yaşlı kişilərdə bu problemə tez-tez rast gəlinir.

Bunun səbəbi nədir? Rusiyalı tanınmış həkim-androloq Ekaterina Makarova Komsomolskaya Pravdaya müsahibəsində bu haqda geniş məlumat verib.

Milli.Az saglamolun.az-a istinadən bildirir ki, həkimin fikrinə görə, kişilər arasında potensiyanın azalması bir neçə amillə bağlıdır.

1. İlk amil qidalanmadır. Yağlı və xüsusilə şirin qidalardan sui-istifadə orqanizmdə "pis" xolesterinin yığılmasına səbəb olur. Xolesterin isə sabit ereksiyaya cavabdeh olan kişi hormonu testosteronun rəqibidir.

2. Digər amil artıq çəkidir. Kişilərdə piyin qarın nahiyəsində yığılması testosteronun səviyyəsinə mənfi təsir edir.

3. Azhərəkətli həyat tərzi kişilərdə kiçik çanaqda qan dövranının pisləşməsinə, durğunluq proseslərə və iltihabların (o cümlədən, prostatitin) riskinin artmasına səbəb olur.

4. Siqaret çəkmək və spirtli içkilərin qəbulu da potensiyanın zəiflənməsinə səbəb olur. Siqaret çəkən insanda damarlar sıxılır, qan dövranı pisləşır və bu da o cümlədən ereksiyaya mənfi təsir edir.

Spirtli içkilər orqanizmdə "pis" xolesterinin yığılmasına və testosteronun səviyyəsinin azalmasına səbəb olur.

5. Hal hazırda dəbdə olan və "ən sağlam qidalanma" kimi təqdim olunan vegetarianlıq da kişi cinsi gücünə mənfi təsir edən amillərdəndir.

6. Kişilərdə özgüvənin azalması, uzunmüddətli stress və depressiya da ereksiyanın zəiflənməsinə səbəb ola bilər.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.