Maraqlı

"Facebook" "Rosetta"nı istifadəyə verib

14 Sentyabr 2018 23:40
0 Şərh     Baxış: 629
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

ABŞ-ın "Facebook" şirkəti tərəfindən "Instagram" ilə birgə işlənib hazırlanmış "Rosetta" neyron şəbəkəsi üzərində mətn olan şəkilləri tanımaq qabiliyyətinə malikdir. Bu haqda şirkətin saytında məlumat verilib.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, süni intellekt real vaxt rejimində "Facebook" və "Instagram"ın milyarddan çox əlçatan şəkli, həmçinin videoçarxlardan mətni əldə edə və onu mətnin tanınması modelinə daxil edə bilir.

"Facebook"un nümayəndələri dəqiqləşdiriblər ki, "Rosetta" neyron şəbəkəsi şəkillərin keyfiyyətli axtarışı və avtomatik spam axtarışı üçün tətbiq edilə bilər. Bu neyron şəbəkə, həmçinin şəkillərdəki aqressiv və təhqiredici məzmunu axtarıb tapa bilir.

Həmin neyron şəbəkənin əsasını 2015-ci ildə "Facebook"un mütəxəssisləri tərəfindən işlənib hazırlanmış mətnin optik tanınması texnologiyası təşkil edir. Hazırda "Rosetta" bir neçə dili tanıya bilir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.