Maraqlı

Türkiyəli millət vəkili motosikletlə F-16 qırıcısı ilə yarışacaq

14 Sentyabr 2018 22:37
1 Şərh     Baxış: 645

Türkiyənin hakim Ədalət və İnkişaf partiyasının Sakaryadan seçilən millət vəkili Kənan Sofuğlu 3-cü hava limanının açılışı mərasimi üçün maraqlı layihəyə imza atacaq.

Milli.Az "ölkə.az"-a istinadən bildirir ki, deputat motosikletlə F-16 qırıcısına qarşı mübarizə aparacaq və yarışacaq.

Dünya "Supersport" çempionu olan Kənan deyib:

"Dünyanın ən böyük hava limanına yaraşan bir tanıtım həyata keçirəcəyik. F-16 qırıcısı ilə yarışmaq mənim arzumdur".

Plana əsasən, F-16 qırıcısı, sərnişin təyyarəsi, "Formula-1" bolidi, motosiklet və lüks idman avtomobili eyni anda bir-biri ilə yarışacaq.

Kənan bildirib ki, bu günə qədər belə bir yarış dünyada keçirilməyib:

"Dünyanın ən sürətli texnikaları arasında belə bir yarış keçirilməyib. Bunu ilk dəfə etmək istəyirik. Tədbirdən əvvəl sınaqlar olacaq".

Milli.Az

loading...

Şərh yaz:

1 Şərh:

  • Anonim
    Arslan · 14 Sentyabr 22:5700

    Turkler ureydiler urey kef eliyin bizde sizinleyik

    Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.