Maraqlı

Ən az mənfi emosiyası olan insanlar arasında azərbaycanlılar da var - SİYAHI

14 Sentyabr 2018 22:32
1 Şərh     Baxış: 540

Sosioloqlar 146 ölkə sakinləri arasında sorğu keçiriblər.

Milli.Az "ölkə.az"-a istinadən bildirir ki, sorğunun məqsədi insanlar arasında mənfi emosiyaların reytinqini tərtib edib. Məlum olub ki, 2017-ci ildə Mərkəzi Afrika Respublikası, İraq və Sudan vətəndaşları digərlərinə nisbətən daha çox mənfi emosiya ilə rastlaşıblar.

Sorğuda iştirak edənlərin 38%-i narahatçılıq, 37%-i stress, 31%-i isə fiziki ağrı hiss edib. Respondentlərin beşindən biri kədər və qəzəb hiss edib.
Ən çox mənfi emosiya indeksi Mərkəzi Afrika Respublikası sakinlərində qeydə alınıb. Bu ölkə sakinlərinin 76 faizi fiziki ağrı, 74 faizi isə güclü narahatçılıq keçirib. Hər iki göstərici son on illiklər ərzində bütün ölkələr arasında ən yüksək nəticədir.

Reytinqdə ikinic yeri İraq tutur. Bu ölkə 4 il dalbadal siyahıya liderlik edib. Sonra isə Cənubi Sudan, Çad, Syerra-Leone, Misir, İran, Nigeriya, Fələstin, Liberiya, Madaqaskar və Uqanda gəlir.

Azərbaycan əhalisi isə ən az mənfi emosiyalı ölkələr arasındadır. Bu siyahıya Rusiya, Tayvan, Estoniya, Polşa, İsveç, Yeni Zelandiya, Niderland, Bolqarıstan vəs. ölkələr daxildir.

Milli.Az

loading...

Şərh yaz:

1 Şərh:

  • Anonim
    Лесной дух · 14 Sentyabr 22:4100

    УРА ! ВАША ЖИЗНЬ РОССИЯ !

    Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.