Maraqlı

Heyvanların qanını içən vampir saxlanıldı - FOTO

14 Sentyabr 2018 22:23
2 Şərh     Baxış: 2 178
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Kambocanın Kamponqtyam əyalətində polis bir nəfər şəxsi saxlayıb.

Milli.Az "ölkə.az"-a istinadən bildirir ki, saxlanılan şəxs 3 iti və digər heyvanları öldürüb. O, heyvanların boğazını kəsərək onların qanını içib.

24 yaşlı fermer Ran Riç ailəsi ilə birlikdə Rip kəndində yaşayıb. Şənbə günü axşam saatlarına spirtli içki qəbul edib. Bundan sonra isə özünü qeyri-adi güclü hiss edib və qan içmək arzusu baş qaldırıb.

Riçin valideynləri bu zaman səfərdə olublar. Bu səbəbdən o, həyətdəki üç itə hücum edib, onların qanını içib və öldürüb. Bundan sonra da qan içmək istəyən Riç toyuğun və pişiyin də qanını içib. Sonra isə yatmağa gedib. Səhər evə gələn valideynləri dəhşətli mənzərə ilə qarşılaşıblar. Hər tərəf qan içində olub, otaqda heyvan cəsədləri döşəmədə olub. Valideynlər polisə xəbər veriblər və gənc həbs edilib.

Riçin anası kömək üçün polisdən başqa yerli rahiblərə də müraciət edib. Onun fikrinə görə oğlunun bədəninə şər qüvvələr girib. Hazirda Ran rahiblərin yanındadır və onu təmizləmək üçün dini ayin keçiriləcək.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.