Maraqlı

Demetin evini su basdı - FOTO

14 Sentyabr 2018 16:12
1 Şərh     Baxış: 1 698
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bir neçə gün əvvəl həyat yoldaşı Okan Kurtdan boşanan Demet Akalının qızı ilə birgə yaşadığı evini su basıb.

Milli.Az axşam.az-a istinadən bildirir ki, sənətçi bu barədə İnstaqram hesabında yazıb:

"İndi sizə nə deyim mən? Gələn vəkil və icra hakimini məhkəməyə verəcəm. Evimin sökmədiyiniz bir yeri qalmadı. Bu yağışlı havada evi su basıb. Qızımın əşyaları pis hala düşdü. Mən sizə o gün öz əllərimlə çay verdim. Güvənib qızımla birgə evdən çıxdım. Sizə nə etmişəm ki, evimi bu hala saldınız? Borclu olduğumuz adamın uşağı dünyaya gələndə keçmiş həyat yoldaşım qızımın qızıllarından apardı. Mən sizdən xahiş etdim axı. Dedim ki, Hiranın ilk dərs günüdür, onun otağına girməyin. Sizin probleminiz mənimlə deyil. Borcu olan da mən deyiləm. Yalandan boşanıb deyənlərin də hamısını Allaha tapşırıram. Hardadır uşaq, ailə məhkəməsi. Hardadır mənim haqqım".

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.