Maraqlı

İş müsahibələrində tez-tez verilən 10 sual-cavab

16 Sentyabr 2018 19:35
1 Şərh     Baxış: 1 211

İlk dəfə iş müsahibəsinə gedənlər və ya təcrübəli işçilər olsun, sizlər üçün kiçik bir araşdırma etdik. Tələbələr universitetləri bitirdilər, universiteti bitirən kimi əsgərliyə gedənlər qayıtdılar və indi isə, işə girmək vaxtıdır.

Milli.Az moneta.az-a istinadən bildirir ki, iş müsahibələrində özünüzü təqdim etdikdən sonra işə qəbul olunmaq üçün İnsan Resursları əməkdaşlarının bir sıra suallarına cavab verməlisiniz. Bəzi suallar sıxıcı və formal olsa da gərginliyə səbəb ola bilər və belə bir vəziyyətdə ən son istəyəcəyiniz şey otaqda dərin səssizliyin olmasıdır.

İş müsahibələrində tez-tez qarşılaşa biləcəyiniz, bir az formal bir o qədər də çətin 10 sual və cavabları:

1) Deyək ki, iş yerinizdə sizin üçün bir tort hazırlanıb. Tortun üzərində sizi xarakterizə edən beş söz hansılar olardı?

İlk baxışda çox anlamsız kimi görünsə də, sualın əsl məqsədi sizin gözünüzdən rəhbərin sizi necə gördüyünü bilməkdir. Bu suala cavab vermədən öncə özünüzə sual verin: iş yoldaşlarınız sizi necə xarakterizə edərlər? Yaradıcı cavablar verməkdən çəkinməyin, amma söz çoxluğundan da uzaq durun. Balaca tortun üzərində böyük bir yazı görmək istəmərsiniz.

2) Kiminlə şam yeməyi yemək istərdin və niyə?

Bu suala cavab vermədən öncə keçmişdə və günümüzdə kimə heyranlıq duyduğunuzu düşünün. Yazıçı, idmançı, elm adamı, hətta çalışdığınız sektordan bir dahi belə ola bilər. Daha sonra "Onun etdiyi şeylərdən hansılarını bəyənirəm? Mənə ilham verən özəllikləri nələrdir? Niyə dost ola biləcəyini düşünürsən? Şam yeməyində nələrdən danışardın?" suallarını özünüzdən soruşun.

3) Səni xarakterizə edən bir markanın adını çək.

Bəlkə bu sualı çox eşitmisiniz. Sevdiyiniz deyil, sizi xarakterizə edən bir marka. İlk dəfə eşitdiyinizdə sizi dərin düşünməyə səbəb olan bir sual olsa da, sualı cavablayarkən şəxsi dəyərlərinizi düşünməyiniz lazımdır. Məsələn, ailə və etik dəyərlərə önəm verirsinizsə, özündə bu dəyərləri tərənnüm edən şirkətləri düşünün. Bu ortaq dəyərləri paylaşdığınız şirkətin adını çəkin və sizin üçün bu dəyərlərin niyə önəmli olduğunu da vurğulamayı unutmayın.

4) Lazım olan bütün informasiyaya sahib olmadığınız bir anda almaq məcburiyyətində olduğunuz bir qərarı açıqlayın.

İş müsahibəsinə hazırlanaraq getdiyinizi düşünək, bu da o deməkdir ki, bu günə qədər əldə etdiyiniz hər cür uğurlarınızı danışmağa və bunları fürsətə çevirməyə hazırsınız. Bu uğurlardan birini istifadə edərək sualdakı vəziyyətə oxşar bir vəziyyəti danışa bilərsiniz. O işin öhdəsindən gələrkən hansı məlumatlar əksik idi, nələr edilməsi lazım idi və nələrin öhdəsindən gəldiniz? Bu sualın əsl məqsədi belə çətin vəziyyətlərdə və çətinliklər qarşısında vəziyyətdən necə çıxdığınızı ortaya çıxartmaqdır.

5) Məni müdafiə etdiyin bir fikrə inandır.

Bu suala cavab vermədən öncə bir fikir düşünməyiniz lazımdır. Bu sizin şəxsi fikriniz olmaya da bilər. Məsələn, öncəki işinizdə komanda yoldaşlarınızla mübahisə etdiyiniz bir mövzu və ya gündəlik həyatda mübahisə etdiyiniz bir başqa mövzu haqqındakı fikrinizi deyə bilərsiniz. Bu sualın verilməsinin əsl məqsədi fikirləriniz komandadakı digər insanlarla uyuşmasa belə, öz fikirlərinizi qarşı tərəfə ötürə bilməyinizi görə bilməkdir.

6) İş yoldaşınızın əsəblərinizə toxunan davranışı var və bu davranışı işinizin keyfiyyətini aşağı salır. Bu problemi necə həll edərsiniz?

Olduqca baş gicəlləndirici bir sual olsa da, iş yoldaşlarınızla problemləri necə həll etdiyinizi göstərmək üçün gözəl bir sualdır. Əgər daha öncə belə bir vəziyyətlə qarşılaşmısınızsa, üstün vəziyyətdəsiniz. Əgər belə bir hal olmayıbsa, "sizə nə əsəbiləşdirə bilərdi, belə bir vəziyyətin qarşısını almaq və iş yoldaşınızla aranızın pisləşməməsi üçün nələr edərdiniz" tipli suallar düşünün.

7) Qəzetin ilk hansı səhifəsini oxuyarsınız? (Və ya xəbər portalının ilk hansı kateqoriyasına baxardız?

Bu sualın da əsl məqsədi sizi bir fərd olaraq daha detallı tanımaqdır. Cavablayarkən qəzetdəki hansı tərz başlıqların diqqətinizi çəkdiyini düşünün: texnologiya, biznes, moda, gündəm xəbərləri kimi. Daha sonra diqqətinizi çəkən sahənin professional həyatınız ilə bağlılığını düşünün. Məsələn, maliyyə xəbərləri daha çox diqqətinizi çəkirsə, maliyyəni sevdiyinizi və bu sahədə hər gün yeni məlumatlar öyrənməyi sevdiyinizdən danışa bilərsiniz. Bu trendləri yaxından izləyən biri olduğunuzu göstərir.

8) CV-ni yaddan çıxart və səni sən edən şeyləri de

İş müsahibəsində getdikcə gərginlik artır və İnsan Resursları mütəxəssisi belə bir cümlə deyir: "Sıxılmağa ehtiyac yoxdu". Bu mühiti yumşaltmaq və gərginliyi azaltmaq üçün deyilən cümlələrdəndir. Belə bir vəziyyətdə CV-nizdə yazılan şeyləri təkrarlamamağa diqqət edin. Çünki, qarşınızdakı çoxdan sizi araşdırmış və karyera hədəflərinizi, gələcək planlarınızı oxumuşdur. Onun əvəzinə, niyə bu sektoru seçdiniz və seçiminizin arxasında yatan hekayə nədir? Sizi bu sektorda fərqli edən şey nədir? Sizi dəyərli edən və sizin üçün önəmli 3 özəllik nədir?

9) Əvvəlki işə götürənlə qarşılaşdığınız problemlər nə idi?

Nə olursa olsun, işdən ayrıldığınız və ya daha öncə işlədiyiniz bir şirkətdəki rəhbərinizi ya da iş yoldaşınızı lağa qoymamalı və sərt tənqid etməməlisiniz. Sualın hazırlanma məqsədi niyə bir iş axtardığınızı başa düşməkdir. Cavabı şirkətlərdə ya da insanlarda axtarmaq yerinə özünüzdə axtarın. Sizə təklif ediləndən daha yüksək bir karyera hədəfiniz var, ya da daha yuxurı bir vəzifə istəyirsiniz?

10) Mənə işlədəyiniz ən pis rəhbəriniz haqqında danışın.

Diqqətli olun. Bu sual sizi tələyə sala bilər. Sabiq rəhbərinizi "yıxıb-sürümədən" öncə sualı verən insanın CV-nizi oxuduğunu, işlədiyiniz yerləri bildiyini və hətta, oradakı rəhbərlərinizi belə tanıya biləcəyini unutmayın. Bunun yerinə necə bir idarəetmə üsulunun sizin üçün uyğun olmadığından bəhs edə bilərsiniz. Əgər heç pis bir rəhbəriniz olmasa da, yeni birini yaratmayın. Buraxın qarşınızdakı insan sizin əvvəlki rəhbərlər haqqında dürüst şəkildə nə düşündüyünüzü öyrənsin.

Milli.Az

loading...

Şərh yaz:

1 Şərh:

  • Anonim
    anonim · 16 Sentyabr 19:5220

    Gelin kutleni aldatmayaq .Teessuf ki bizde bele suallar verilmir.Bele suallar savad ve intellektden xeber verir.Bizde ise verilen suallar wablon ve gulunc dur. Sonun da da iwe goturmurler.

    Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.