Maraqlı

Antibiotiklərdən sonra probiotiklərin təyini faydasızdır – Yeni elmi sübut

15 Sentyabr 2018 23:35
3 Şərh     Baxış: 3 598
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Probiotiklər son zamanlar uşaqdan böyüyə çox pasiyentlərə tez-tez təyin olunan " faydalı" preparatlar kimi gündəmdədir. Probiotik - faydalı bakteriyalar deməkdir. Onu iltihabi və qrip zamanı antibiotikdən sonra və bağırsaq pozulmalarında, disbakteriozda təyin edirlər. Yen elmi araşdırmalar göstərdi ki, probiotiklər də deyilən qədər faydalı deyilmiş.

Milli.Az medicina.az-a istinadən bildirir ki, bağırsaqda çox sayda mikroorqanizmlər yaşayır ki, onlar insan sağlamlığında önəmli rol oynayır.
İnsan xəstələnərkən və ya antibiotik qəbul edərkən bu mühitə zərbə dəyir, yəni mikroorqanizmlər içində zərərlilər azalır, faydalılar azalır.

Probiotiklər isə bağırsaq mikroorqanizmlərinə uyğun bakteriyalara malik olduğundan, onun bağırsaqda düzən yaradacağı güman edilirdi.
Araşdırmalar göstərdi ki, BAD, preparat və ya yoqurt şəklində olan probiotiklər əslində bağırsağın normal mühitinin formalaşmasına mane olur. Hər insan probiotikə fərqli reaksiya göstərir.

Birinci təcrübədə bir qrup pasiyentdən probiotik qəbulundan əvvəl və sonra bağırsaqdan mikrobiom nümunələri götürüldü.  Digər qrupdan isə sadəcə mikrobiom götürüldü, onlar probiotik qəbul etmədilər.

Alimlər təyin etdi ki, probiotik içən insanların mikrobiomu xeyli zərər görmüşdü.  Probiotiklərdə olan bakteriyalar bağırsağa koloniyalar yaradan kimi, insanın öz təbii mikrobiomunun bərpa olmasına mane oldular, həmçinin DNK-da zülal sintezi prosesi pozuldu.

Digər qrupda isə belə neqativ dəyişikliklər müşahidə olunmadı, onlarda xəstəlikdən və dərmandan sonra bağırsaq mikrobiomları bir neçə günə özü bərpa oldu.

Müəlliflər bildirir ki, hazırda probiotiklərin ucdantutma hamıya təyin olunması tendensiyası dəyişməli və hər xəstəyə fərdi təyin olunmalıdır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.