Maraqlı

Azərbaycanda 13 ildir davam edən veriliş bağlandı - VİDEO

14 Sentyabr 2018 11:25
0 Şərh     Baxış: 2 944
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İTV-nin yarandığı gündən yayımlanan "Yeni gün" səhər verilişi artıq yayımlanmayacaq.

Milli.Az xəbər veriri ki, qurumun İctimaiyyətlə Əlaqələr Departamentindən oxu.az-a verilən məlumata görə, telekanal sentyabrın 17-dən etibarən hər səhər "Sabahın xeyir, Azərbaycan" adlı üç saatlıq informativ, əyləncəli proqramla tamaşaçıların görüşünə gələcək.

Həftənin beş günü, səhər saat 06:50-dən 10:00-dək canlı yayımlanacaq səhər efiri müxtəlif rubrika və məlumatlarla zəngin olacaq.

Belə ki, verilişdə ictimai əhəmiyyət daşıyan aktual mövzular, sağlamlıq, hüquq, idman, mədəniyyətlə bağlı maarifləndirici süjetlər üstünlük təşkil edəcək.

Bundan əlavə, Azərbaycanın bölgələrinə səyahət ediləcək, onların mədəni-sosial həyatına qısa baxış keçiriləcək. Səhər proqramında "İctimai Televiziya"da başlayacaq yeni layihələrin təqdimatı, həmçinin gün ərzində yayımlanacaq proqramların anonsları da yer alacaq.

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:
İTV-də yeni veriliş -

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.