Sənət adamlarının başı işlərinə qarışıq olduğundan onlar şəxsi həyatları haqda bir qədər gec düşünürlər. Bu səbədən məşhur simalar adətən gec yaşda ailə qurur və övlad sahibi olurlar.
Milli.Az axşam.az-a istinadən 40 yaşında sonra ana olan ulduzları təqdim edir:
Salma Hayek - onun Valentina Paloma Pino adlı qızı aktrisanın 40 yaşı olanda dünyaya gəlib. Uşağın atası milyarder Fransua Anri Pinodur.
Holl Berri - 41 yaşında qızı Nalu, 47 yaşında isə oğlu Maseo dünyaya gəlib.
Culiana Mur - "Oskar" mükafatı qalibi 41 yaşında qızı Livi dünyaya gətirib. Onun Bart Freyndlikdən bir oğlu daha var.
Nikol Kidman - aktrisa Kit Urbanla nikahdan olan qızı Sandri Rouzu 41 yaşı olanda dünaya gətirib.
Madonna - Qay Riçi ilə evli olan ifaçı ilk övladını - Ludresi 38 yaşında, oğlu Rokkonu 42 yaşında dünyaya gətirib.
Sənətçi 49 və 50 yaşlarında Devid adlı oğlan, Mersi adlı qız uşağını da övladlığa götürüb.
Selin Dion - kanalı müğənninin mərhum həyat yoldaşı Rene Anjeldən 3 övladı var. O, ilk övladını, oğlu Rene Şarlı tez dünyaya gətirsə də, 42 yaşında Edd və Nelson adlı əkizləri doğub.
Merayya Keri - ifaçının keçmiş əri Nik Kennondan olan əkizləri - Monro və Morokkan onun 41 yaşı olanda dünyaya göz açıblar.
Milli.Az