Maraqlı

Azərbaycanlı Nyu-Yorkda üç günə ağlasığmaz məbləğdə pul qazandı - VİDEO

13 Sentyabr 2018 20:48
0 Şərh     Baxış: 1 887
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Amerikada yaşayan Stefano Suaros adlı azərbaycanlı model Rəcəb Rəcəbov müxtəlif moda layihələrində təkcə geyimləri nümayiş etdirməyib, həm də mahnı oxuyub. 

Milli.Az bildirir ki, Suarosun Sputnik Azərbaycan-a dediyinə görə, Nyu-Yorkdakı "Crowne" plaza hotelində keçirilən moda həftəsini açmaq onun üçün böyük şərəf olub. Moda həftəsinin birinci günü o, malayziyalı dizaynerin "Kral və kraliça" adlı kolleksiyasını nümayiş etdirib. Rəcəbovun sözlərinə görə, o, kral kostyumları hazırlanarkən qızılı saplardan istifadə olunduğundan, əvvəllər bu kostyumları geyinməkdən xoşu gəlmirdi.

"Mən Moda həftəsində təkcə model kimi deyil, həm də ifaçı kimi iştirak edirdim. Bildiyiniz kimi, mən artıq bir çox layihələrdə öz mahnılarımla çıxış etmişəm. Mən "Style fashion week" tədbirində yeni "You Are The Reason" mahnımı oxudum" - deyə Suaros bildirib.

Buna qədər isə model Fransanın Kann şəhərində keçirilən "Global Short Film Awards"ın təqdimat mərasimində məşhur dizayner Andres Aqunonun kolleksiyasını təqdim edib.

Nümayişlərdə iştirak etdiyi üç gün ərzində Suaros 20 min dollar qazanıb. O, qısa müddətdə belə bir uğura imza atdığı üçün xoşbəxtdir.

Stefano Suaros artıq uzun müdətdir ki, ABŞ-da yaşayır və model karyerası ilə məşğul olur. O, dünyanın məşhur dizaynerlərinin dəvəti əsasında bütün moda nümayişlərində istirak edir. Bu günlərdə isə "Style Fashion Week 2017" nümayişinin əsas modeli olub.

Videonu izləmək üçün şəklə klikləyin:
Azərbaycanlı Nyu-Yorkda üç günə ağlasığmaz məbləğdə pul qazandı

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.