Maraqlı

Google məlumatları havada ötürüb

15 Sentyabr 2018 07:51
1 Şərh     Baxış: 1 042

"Google"un sahibi olan "Alphabet" tərəfindən işlənib hazırlanan "Project Loon" hava şarları şəbəkəsi 7 internet-stratostat arasındakı məlumatları təxminən 1000 km məsafəyə ötürməyə müvəffəq olub. Əvvəlki rekord 100 km-ə bərabər idi və yalnız 2 stratostat arasındakı məlumatları ötürmüşdü.
 
Milli.Az ICTnews-a istinadən bildirir ki, informasiya təxminən 600 km-dən çox məsafədə yerləşən bir hava şarından digərinə ötürülüb.
 
Xatırladaq ki, "Loon" layihəsi "Alphabet"in tərkibinə daxil olan "X" innovativ işləmələr bölməsi tərəfindən hazırlanıb. Təxminən 20 km yüksəkliyə qaldırılan hava şarları məlumatları "LTE" tezliyində ötürür ki, yaxınlıqda olan istifadəçilər mobil telefonların köməyi ilə internetə qoşula bilsin. Möhkəm örtük aerostatlara stratosferin alt qatlarında təxminən 100 gün qalıb işləməyə imkan verir.

Milli.Az

loading...

Şərh yaz:

1 Şərh:

  • Anonim
    Ramin · 15 Sentyabr 10:3900

    Ne gozel. Internet ucuzlassa cox gozel olar Azerbaycanda. En bahali internet ve mobil danisiq Azerbaycandadir.

    Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.