Maraqlı

Çuğundur şirəsi nəyə xeyirdir?

15 Sentyabr 2018 08:46
0 Şərh     Baxış: 2 405

Artıq çoxdan məlumdur ki, çuğundur şirəsi ürək-damar sisteminin normal fəaliyyətinə kömək edir. Britaniyadan olan alimlər, bu sokun qan təzyiqinə məhz necə təsir göstərməsini müəyyən ediblər.

Londondan olan mütəxəssislər sübut ediblər ki, 500 ml çuğundur şirəsi, bir saat ərzində qan təzyiqini aşağı salmağa kömək edir. Bu, müəyyən təcrübədə sübut olunub.

14 könüllünün təzyiqi həkimlər tərəfindən yoxlanılıb və sonradan onlara çuğundur şirəsi içmək təklif olunub. Altı saatın hər saatında təzyiqin dəyişildiyi qeyd olunub. Beləliklə, ilk saat ərzində artıq təzyiqin göstəriciləri aşağı enməyə başlayıb və 2,5 saatdan sonra bu enmə 10 mm təşkil edib. Bu effekt 24 saat ərzində qalıb, sonrada öz səviyyəsinə qayıdıb. Buna səbəb, çuğundurun tərkibində olan duzlardır.

Milli.Az

loading...

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.