Maraqlı

Hamilə qadın avtobusda əxlaq dərsi verdi - FOTO

13 Sentyabr 2018 11:26
6 Şərh     Baxış: 2 755
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

London sakini, hamiləliyin 8-ci ayında olan qadın avtobusda ona yer vermək istəməyən şəxsə əxlaq dərsi verib.

Milli.Az The Sun-a istinadən bildirir ki, Braydi Li-Kennedinin dEdiyinə görə, avtobusda gənc oğlan yanındakı oturacağa çantasını qoymuşdu, çantanı da əli ilə tutmuşdu.

"Onun çantanı götürmək niyyətində olmadığını anladım. Üstəlik, gözlərini də bərk-bərk yummuşdu ki, guya yatır, məni, hamilə qadını görmür. Hirsləndim və elə onun çantasının üzərinə oturdum. Maraqlıdır, görəsən, ictimai nəqliyyatın "Aclıq oyunları" filminin ssenarisinə bənzəmədiyi bir yerdə yaşamaq necə olar?!" - hamilə qadın Twitter-dəki mikrobloqunda yazıb.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.