Maraqlı

Hollivud ulduzları əfsanənin filminə çəkilirlər - FOTO

13 Sentyabr 2018 15:18
0 Şərh     Baxış: 1 770
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Əsl ad və soyadı Alfredot Ceyms Paçino olan məşhur aktyor, Hollivudun canlı əfsanəvi Al Paçino yeni filmə çəkilir.

Milli.Az TMZ-yə istinadən bildirir ki, 78 yaşlı aktyor kult kinorejissor Kventin Tarantinonun "Once Upon A Time In Hollywood" ("Bir dəfə Hollivudda") lentində baş rollardan birini oynayır.

Aktyor Beverli-Hillsdəki "İl Pastio" restoranından çıxarkən reportyorların kameralarına "hədəf" olub. Bu restoran ABŞ-ın şou-biznes ulduzları arasında çox populyardır.

Filmdə Al Paçino aktyor Rik Daltonun agenti rolundadır. Dalton rolunda isə Leonardo Di Kapriodur.

"Bir dəfə Hollivudda" filmində hadisələr 1969-cu ildə Los-Ancelesdə baş verir. Lent televiziya vesternlərinin qəhrəmanı Rik Daltondan və onun dublyoru Kliff Butdan bəhs edir. Bred Pitt isə But rolunda çəkilir.

Daltonla But 1970-ci illərin əvvəlindəki Amerikaya, "hippilər aləmi"nə uyğunlaşmağa çalışırlar. Aktyorun qonşusu isə rejissor Roman Polanskinin arvadı Şeron Teytdir.

Filmdə Çarlz Mensonun başçılıq etdiyi sektanın üzvlərinin Şeron Teyti və onun dörd dostunu qətlə yetirdikləri səhnə də yer alacaq.

82 yaşında dünyasını dəyişmiş aktyor Bert Reynolds filmdə Corc Span rolunu oynamalı idi.

Reynoldsun ölümü ilə bağlı yaranmış fasilədən sonra filmin çəkilişləri davam edir.

"Sony Pictures" studiyasında çəkilən "Bir dəfə Hollivudda" filminin premyerası 2019-cu ilin iyulun 26-da olacaq.

Aktrisa Uma Turmanın qızı, 20  yaşlı Mayya Houk filmdə "Çiçək övladı" adlı hippi qız rolundadır. Lentdə Tim rot, Kurt Rassel, Lena Danem, Ostin Batler və çilili aktrisa Lorenso İzzo da çəkilirlər.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.