Maraqlı

8 nəvənin nənəsi dördəm əkizlərə hamilədir - FOTO

13 Sentyabr 2018 10:40
1 Şərh     Baxış: 3 105
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Britaniyanın paytaxtı Londonda yaşayan 50 yaşlı Treysi Brittenin 3 övladı və 8 nəvəsi var. İndi o, hamilədir.

Milli.Az The Sun-a istinadən bildirir ki, süni mayalanma əməliyyatına 7 min funt-sterlinq ödəyib. Treysinin dediyinə görə, hamiləliyin 4-cü ayındadır.

5 ay sonra o, dördəm əkizləri dünyaya gətirəcək. Əkizlərin üçü qız, biri oğlandır.

Treysinin dediyinə görə, övladları böyüyüb ailə qurandan sonra darıxmağa başlamışdı. Nəvələri doğulanda bir az başının qarışdığını desə də, Treysi öz övladlarını böyütmək istəyir.

Bu səbəbdən də o, əri Stivenlə birlikdə Kiprə yollanıb və süni mayalanma əməliyyatına məruz qalıb.

Əməliyyat uğurla keçib.

"İndi üçəm əkizlərə hamiləyəm. Beş aydan sonra üç əkiz qızım və bir oğlum doğulacaq. Təbii, məni tənqid edənlər də var, bu yaşda hamilə qalmağımın komik və əcaib olduğunu deyənlər də. Amma heç nə eynimə deyil. Özümü 50 yaşda hiss etmirəm. Düşünürəm ki, dördəm əkizlərimi dünyaya gətirəndən sonra insanlar onları görüb fikirlərini dəyişərlər", - Treysi söyləyib.

Xanım Brittenin 32,31 və 22 yaşlı üç övladı onun 2003-cü ildə boşandığı ilk ərindəndir.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.