Maraqlı

"WhatsApp"ın düyməli telefonlar üçün versiyası əlçatan olub

12 Sentyabr 2018 23:22
0 Şərh     Baxış: 2 180

"WhatsApp"ın tərtibatçıları eyniadlı messencerin Hindistanda populyar olan "JioPhone" şirkətinin düyməli telefonları üçün versiyasını təqdim edib.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, mobil messencerin qeyri-adi versiyasını "KaiOS" əməliyyat sisteminin onlayn mağazasından yükləmək olar.

Messencerin rəsmi bloqunda dərc edilmiş yazıya görə, düyməli telefonların sahibləri "WhatsApp"ın yeni versiyasının köməyi ilə mesajlaşa, foto və video paylaşa, həmçinin səsli mesaj funksiyasından istifadə edə biləcək.

Milli.Az

loading...

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.