Maraqlı

Xərçəng əleyhinə 5 qida

13 Sentyabr 2018 22:55
0 Şərh     Baxış: 1 367

Dövrümüzün ən qorxunc xəstəliklərindən biri olan xərçəngə hər il 15 milyon insan tutulur. Təbii həllərin olduqca təsirli olduğu bilinərkən, bu təbii həllərin nə olduğu çox vaxt bilinmir. İndi isə, gəlin onların bəziləri ilə tanış olaq:

1. Üzüm

Üzüm sağlam hüceyrələri qoruyur. Belə ki, o xərçəng hüceyrələrinin toksik təsirinin qarşısını alaraq böyümələrinə maneə törədir, sağlam hüceyrələrin qorunmasına isə, yardımçı olur. Bu səbəbdən də, mütəxəssislər üzümdən geniş istifadə edilməsini məsləhət görürlər.

2. Yaşıl çay

Polifenol ilə zəngin olan yaşıl çay xüsusilə xərçəngə qarşı qoruyucu təsiri ilə tanınmaqdadır. Belə ki, o xərçəngin inkişafını əngəlləyir və yayılmasını yavaşladır.

> Yaşıl çayın xüsusən də, mədə və bağırsaq xərçənginə qarşı müsbət təsiri olduğu bilinməkdədir.

3. Naringi

C vitamini ilә zәngin olan naringi, antioksidant təsiri ilə xərçəngə qarşı qoruyucu bir qidadır. Gündə 2 ədəd naringi yeməyin xərçəng önləyici təsirin yaranmasına sәbәb olur.

4. Sarımsaq

Sarımsaq da xərçəngə qarşı təsirli olan bir digər qidadır. Tərkibindəki A və C vitaminləri, kalsium, kalium, kükürd və sink kimi minerallar dəri, ağciyər və qan xərçənginə qarşı müsbət təsir göstərir.

5. Limon

Limon təbiiliyi ilə qoruyur. O, yüksək antioksidanta malikdir. Bu səbəbdən də, xərçəngə qarşı qoryucu xassə göstərir. Xüsusən də, qaraciyər, ağciyər, mədə və dəri xərçənginin qarşısını alır.

Milli.Az

loading...

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.