Maraqlı

Bu qidalar piylənmənin qarşısını alır

13 Sentyabr 2018 21:20
0 Şərh     Baxış: 1 529

Həkimlər sağlam bədənə sahib olmaq üçün aşağıdakı qidaları tövsiyyə edirlər.

Qırmızı bibər: Tərkibində acılıq verən "kapsaisin" maddəsi qan dövranını gücləndirir və onun isinməsini təmin edir. Bu növ bibərin tərkibindəki "termogenes" maddəsi isə insan bədəninin düzgün formada olmasına kömək edir. İnsan bədəninin hərarəti nə qədər çox artarsa, piylənmənin qarşısı da bir o qədər alınır.

Zəncirotu (Hindiba): Milli.Az deyerler.org-a istinadən bildirir ki, sarı çiçəkləri olan bu bitki qan damarlanın fəaliyyətini və həzmi asanlaşdıran "intibin" və ya "taraxin" adlandırılan maddələrlə zəngindir. Bu iki maddə bədəndəki turşuların ifraz edilməsində və maddələr mübadiləsinin nizamlanmasında mühüm rol oynayır. Bunun sayəsində şirniyyata olan maraq azalır.

Qreyfurt: Bu meyvənin bitki mənşəli maddələr və "C" vitamini ilə zəngin olması kökəlmənin qarşısınının alınmasına kömək edir. Bədəndə enerjinin artmasına səbəb olan bu meyvə aclığın da qarşısını alır.

Yoqurt (Qatıq): Kalsium olmadan bədənimizdəki maddələr mübadiləsi öz fəaliyyətini məhdud çərçivədə həyata keçirir. Az yağlı yoqurtların tərkibindəki minerallar bədəndəki artıq piylənmənin qarşısını almaqda effektli təsir göstərir.

Milli.Az

loading...

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.