Maraqlı

Alimlər aclıqla uzun ömürlülük arasında əlaqə aşkar ediblər

13 Sentyabr 2018 23:15
0 Şərh     Baxış: 1 407

Yemək qəbulu arasında fasilənin daha çox olması sağlamlığın ümumi göstəricilərini artırmış və uzun ömürlülüyü təmin etmiş olur.

Milli.Az deyerler.org-a istinadən bildirir ki, bu haqda ABŞ-ın elmi qrupunun mütəxəssisləri bildirmişdir. Mütəxəssislərin rəyinə əsasən, qidanin kalorili olmasından asılı olmayaraq, aclıq müddətinin uzun olmasının insan üçün müsbət təsirləri var.

Tədqiqat üçün slçanlardan istifadə olunub. 292 labaratoriya siçanlarını iki qrupda ayırıb müxtəlif qida qəbulu ilə fərqləndirərək üzərində tədqiqat aparıblar. "Gün ərzində kaloriya miqdarını aşağı salmadan, qida qəbulu arasında fasiləni çoxaldaraq, siçanların ümumi sağlamlıq göstəricilərini yüksək olaraq onların uzun ömürlülüyünə səbəb olmuşdur.

"Çox güman ki, qidalanma arasında fasilənin daha çox olması, orqanizmdə mexanizmlərin bərpasına və qorunub saxlanmasına imkan yaradır", deyə aparıcı doktor Rafael de Kabo bildirmişdir.

Milli.Az

loading...

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.