Maraqlı

Yeni Pixelbook modeli - FOTO

13 Sentyabr 2018 08:15
0 Şərh     Baxış: 1 061
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Pixel 3 XL smartfon modellərinin bir çox sızıntı məlumatlarından sonra görünür, Google şirkəti artıq gizliliyə o qədər də önəm vermir. Belə ki, şirkət öz reklam kampaniyalarında yeni Pixelbook chromebookunun fotolarından istifadə etməyə başlayıb.

Milli.Az technote.az-a istinadən bildirir ki, yeni Pixelbook modelinin fotosu chromebookların reklamlarında aşkar edilib. Google şirkətinin reklam bannerlərində yeni modelin adı tam olaraq qeyd olunmayıb.

Lakin istifadəçilər fikir veriblər ki, yeni Pixelbook modeli keçən ilki modeldən fərqli olaraq daha nazik çərçivələrə sahibdir. Bundan əlavə olaraq cihazın həmçinin Facebook-da reklam fotoları da yayılıb. Görünür, Pixelbook 2 keçən ilki versiya kimi ikirəngli dizayna sahib olacaq. Yeni modelin əsas üstünlüyü isə 4K UHD formatlı çərçivəsiz ekran olacaq. Yayılmış qısa videoda isə sensorlu ekrana sahib Pixelbook modeli əks olunub. Çox güman ki, bu, Nocturne kod adına sahib modeldir.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.