Maraqlı

Jack Ma Alibaba-dan ayrılacaq

13 Sentyabr 2018 08:41
0 Şərh     Baxış: 1 018

Məlum olub ki, Alibaba Group şirkətinin təsisçisi və direktorlar şurasının sədri Jack Ma, Alibaba-nın 20 illik yubileyində şirkətdən ayrılacaq. Yəni gələn ilin 10 Sentyabr tarixində. Bu barədə şirkət özü rəsmi olaraq bildirib. Sədr qismində onu şirkətin hal hazırki CEO-su Daniel Zhang əvəz edəcək. Lakin direktorlar şurasını Ma, 2020-ci ildə tərk etməyi düşünür. Ondan sonra Ma, Alibaba Partnership adlı konsultasiya qrupuna rəhbərlik edəcək. Həmin qrupa şirkətin 36 aparıcı meneceri daxildir. Qrup həmçinin şirkətin direktorlar şurasına müəyyən namizədlərin təyin olunması hüququna sahibdir.

"Mənim gələcək planlarıma gəldikdə, mən çox şey barəsində arzu edirəm. Məni tanıyan insanlar bilirlər ki, mən işsiz oturmağı sevmirəm. Mən, Alibaba Partnership-ə həmtəsisçi əməkdaş kimi öz təhfələrimi verməyi planlaşdırıram. Həmçinin mən təhsil sahəsinə də qayıtmaq istəyirəm. Bu iş mənə həddindən artıq zövq verir. Dünya böyükdür və mən hələ cavanam. Odur ki, mən yeni şeyləri təcrübədən keçirtmək istəyirəm. Söz verə biləcəyim yeganə şey isə odur ki, Alibaba heç zaman təkcə Jack Ma-ya məxsus olmayıb. Lakin Jack Ma həmişə Alibaba-ya məxsus olacaq" - deyə Ma bildirib.

Milli.Az technote.az-a istinadən bildirir ki,  46 yaşlı Daniel Zhang 2015-ci ildən bəri Alibaba şrikətinin CEO-su vəzifəsində çalışır. Ondan əvvəl isə Daniel Zhang Taobao platformasının maliyyə direktoru və Tmall.com platformasının prezidenti vəzifələrində çalışıb. Daniel Zhang həmçinin məşhur "Subaylar Günü" ideyasının da müəllifidir. Həmin gün 11 Noyabr tarixində qeyd olunur və Alibaba şirkəti həmin gündə böüyk endirimlər keçirdir. Heç bir texnoloji təhsili olmayan və keçmiş ingilis dili müəllimi olan Jack Ma 1999-cu ildə öz əməkdaşları ilə birlikdə Alibaba Group şirkətini yaratdı. Jack Ma hal hazırda Çinin ən varlı şəxslərindən biridir. Onun sərvəti 40 milyard dollara yaxındır. Alibaba Group-un bazar dəyəri isə 420 milyard dollar təşkil edir.

Milli.Az

loading...

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.