Maraqlı

Hava taksisi sınandı

13 Sentyabr 2018 08:31
0 Şərh     Baxış: 1 872
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İngiltərənin "Vertical Aerospace" startapı şəhərlərarası uçuşlar üçün istifadə ediləcək vertikal uçuşlu və enişli hava taksisinin uğurlu sınağını keçirib.

Milli.Az ICTnews-a istinadən bildirir ki, "Vertical Aerospace" uçuş aparatının maksimal sürəti avtomobil sürətinə uyğundur və saatda 80 km təşkil edir. Aparat 2 nəfər sərnişin və 1 pilot üçün nəzərdə tutulub. Mütəxəssislərin sözlərinə görə, akkumulyatorun enerji tutumu 800 km uçuşun həyata keçirilməsi üçün yetərlidir.

Məlumata görə, uçuş aparatı test zamanı havada 5 dəqiqə qalıb.

Şirkət nümayəndələri bildirir ki, 3-4 ildən sonra uçan taksilər satışa çıxarılacaq, insanların isə şəhərlər arasında hərəkət üçün uçuş zolaqlarına ehtiyacı qalmayacaq.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.