Maraqlı

Ən populyar proqramlaşdırma dilləri - REYTİNQ

13 Sentyabr 2018 08:21
0 Şərh     Baxış: 2 496
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"TIOBE Software" şirkəti proqramlaşdırma dillərinin yeni reytinqini dərc edib.
 
Milli.Az ICTnews-a istinadən bildirir ki, məlumat üçün bildirək ki, "TIOBE" (TIOBE programming community index) indeksi proqramlaşdırma dilinin adından ibarət axtarış sorğularının nəticələrinin hesablanması yolu ilə tərtib edilir.
 
Əvvəlki kimi, dünyada ən populyar proqramlaşdırma dili "Java" (17,436%) olaraq qalır. C proqramlaşdırma dili (15,447% ilə) ikinci yeri tutur. "Python" proqramlaşdırma dili (7,653%-i) yeni reytinqdə 5-ci pillədən 3-cü pilləyə yüksələ bilib, "C++" (7,396%) isə 4-cü yerə enib. Ötən il reytinqdə 8-ci yeri tutan "Visual Basic .NET" proqramlaşdırma dili bu il ilk beşlikdə qərarlaşıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.