Maraqlı

Tor mobilləşdi

13 Sentyabr 2018 08:11
0 Şərh     Baxış: 956

"Android" əməliyyat sisteminin idarəetməsi ilə işləyən mobil qurğular üçün populyar "Tor" anonim brauzerinin ilk rəsmi versiyası təqdim edilib. Əvvəllər "Tor" serverlərindən istifadə edən brauzerlərin mövcud olmasına baxmayaraq layihə müəllifləri tərəfindən proqram ilk dəfədir istifadəyə verilir.

Milli.Az ICTnews-a istinadən bildirir ki, "Tor Browser for Android" adlı proqramı artıq "Google Play" mağazasında və rəsmi "Tor Project" saytında "APK" (Android Package) formatlı fayllar şəklində yükləmək mümkündür. Hazırda proqram alfa test mərhələsindədir və "Orbot" "VPN" əlavəsi vasitəsilə işləyir.

Brauzerin "iOS" əməliyyat sistemi üçün versiyasının nə vaxt istifadəyə veriləcəyi barədə məlumat verilmir.

Qeyd edək ki, "Tor" şəbəkəsinin iş prinsipi internet resursundan istifadəçi kompüterinə dolaşıq marşrutun çəkilməsindən ibarətdir. Marşrut boyunca informasiya bir neçə retranslyatordan keçir. Bu halda hər retranslyatorda yalnız əvvəlki və sonrakı qovşağın ünvanı olur. Retranslyatorların heç birində marşrut haqqında informasiya yer almır və bununla məlumatı ələ keçirmək istəyən şəxs məlumatların ötürülməsinin çıxışını və sonuncu məntəqələrini izləyə bilmir.

"Tor" layihəsi 1990-cı illərdə ABŞ Hərbi Dəniz Qüvvələrinin elmi-tədqiqat laboratoriyası tərəfindən dövlət rabitə kanallarının mühafizəsi texnologiyasının hazırlanması məqsədilə istifadəyə verilib. 2001-ci ildə Massaçusets Texnologiya İnstitutunun iki tələbəsinin səyləri nəticəsində vətəndaşlar texnologiyadan yararlanmağa başlayıb. 2005-ci ildə ABŞ hökuməti layihəyə ilk qrant ayıraraq texnologiyanın daha geniş kütlə arasında yayılmasına çalışıb. 2006-cı ildən layihə qeyri-kommersiya təşkilatına çevrilib.

Hesablamalara görə, hazırda dünyada anonim şəbəkə istifadəçilərinin sayı 2 milyona yaxındır.

Milli.Az

loading...

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.