Maraqlı

Məlumatlar üçün impulslardan istifadə olunur

13 Sentyabr 2018 07:22
0 Şərh     Baxış: 1 023
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

ABŞ-ın Perdyu Universitetinin tədqiqatçıları ingilisdilli məlumatların insan dərisində vibrasiyalar vasitəsilə göndərilməsi metodunu hazırlayıblar.

Milli.Az ICTnews-a istinadən bildirir ki, qurğu istifadəçinin dərisinə toxunuşla hiss edilən siqnallar göndərən xüsusi qol şəklindədir. O, hər ingilis foneminə təyin olunan müəyyən vibrasiyanı edir. Hisslər səslərin artikulyasiyasına uyğunlaşdırılır. Partlayan samitlər (p və ya b) biləkdə, dilarxası saitlər (g və ya k) isə dirsəkdə vibrasiyalar yaradır. Qurğu, həmçinin elə kodlaşdırılıb ki, müxtəlif hissləri hər danışıq əlamətinə görə generasiya edə bilsin: samit və ya saitlər, kar və ya cingiltili samitlər, uzun və ya qısa saitlər. Lokallaşdırılmış vibrasiyalar samit səslər, hərəkət edən vibrasiyalar isə sait səslərdir. Qısa sait səslər qısa, uzun saitlər isə uzun vibrasiyalar yaradır.

Tədqiqat Massaçusets Texnologiya İnstitutunun tədqiqatçıları ilə birgə keçirilmiş illik layihənin tərkib hissəsini təşkil edir. Sadə mənimsənilən texnologiya alternativ rabitə metodu kimi bir çox sahələrdə tətbiq oluna bilər. İstifadəçilər müxtəlif səslərlə və ya mənalarla əlaqədar vibrasiyaları bir neçə saata öyrənə bilərlər. Hazırkı qurğu prototipində ingilis dilində sözlər və fonemlər kodlaşdırılsa da, gələcəkdə texnologiyanın şifrlər daxil olmaqla müxtəlif dillərlə işləyəcəyi gözlənilir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.