Maraqlı

İstifadəçilər "WhatsApp"-da ediləcək son dəyişikliklərdən şoka düşəcək

12 Sentyabr 2018 01:30
3 Şərh     Baxış: 12 606
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Məxfilik məsələlərinə böyük önəm verən istifadəçilər "WhatsApp" messencerində ediləcək son dəyişikliklərdən şoka düşəcək.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, "WhatsApp"ın tərtibatçıları messenceri yeniləməyə qərar verib. İstifadəçilər artıq fərdi məlumatların mühafizəsi ilə bağlı narahatçılıq doğuran böyük dəyişikliklər barədə xəbərdar edilib.

"WhatsApp"ın yeni siyasətinə görə, hakerlər istifadəçilərin məxfi yazışması, foto və video fayllarına giriş imkanına malik olacaq. Dəyişikliklər "Google" və "WhatsApp" arasında imzalanmış sazişin bir hissəsidir.

Məsələ ondadır ki, "Google Drive"in yeniləməsindən sonra istifadəçi hesablarının ehtiyat surəti meydana çıxacaq. Diskdə çat istifadəçilərinin foto, video, fayl, həmçinin yazışması avtomatik saxlanılacaq. Beləliklə, "Google Drive" xidmətinə müdaxilə zamanı "WhatsApp" messencerinin şəxsi məlumatları ələ keçiriləcək.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.