Maraqlı

Qurbağa və göyərçin həvəskarı, saat kolleksioneri - MƏŞHURLARIN BİLİNMƏYƏN VƏRDİŞLƏRİ - FOTO

17 Sentyabr 2018 07:28
0 Şərh     Baxış: 1 938
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Hər zaman televiziya ekranı və səhnədə sevgi ilə izlədiyimiz məşhurların müxtəlif vərdişləri də var.

Milli.Az "ölkə.az"-a istinadən bəzi türk məşhurların qəribə vərdişləri barədə məlumat verəcək.

Acun İlıcalı

Acun "PlayStation" oyunlarının həvəskarıdır. Məğlub etdiyi rəqiblərini videoya çəkir.

Hülya Avşar

Planlaşdırma məsələsində çox dəqiqdir. Gecikməmək üçün saatını 5 dəqiqə qabağa çəkir. Eyni zamanda uzun əl və ayaq dırnaqlarını da xoşlamır.

Gülbən Ərgən

Gülbən satın aldığı və ya ona hədiyyə edilən bütün zinət əşyalarını yenidən zərgərə verərək yenidən düzəltdirir.

Ata Demirer

Ata bir göyərçin xəstəsidir. Müxtəlif növ göyərçinlər saxlayır.

Beyazıt Öztürk

Osmanlı musiqisini çox xoşlayır. Bəzən evinə musiqiçiləri çağırıb dinləyir.

Sezen Aksu

Qonaqlığa gedəndə toxuma ipini və şişlərini özü ilə aparır.

Mustafa Sandal

Saat həvəskarıdır. Böyük bir saat kolleksiyası var. Bu yaxınlarda isə maddi çətinlikləri ucbatından saat kolleksiyasının bir hissəsini satıb.

Kadir İnanır

Qurbağaları çox xoşlayır. Evinin hər otağında qurbağa fiqurları var.

Seren Serengil

İtləri çox sevir. Getdiyi hər yerə itlərini də aparır və onlara çini qabdan yemək verir.

Bülənt Ərsoy

Bülənt Ərsoyun rəqəmlərlə yola getmir. Otaq nömrəsindən tutmuş, avtomobilin dövlət nömrə nişanına qədər tək rəqəmlərə diqqət yetirir.

Teoman

Uşaq ruhunu itirməyən müğənnidir. Çox geniş cizgi roman kolleksiyası var.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.