Maraqlı

Övladınızla sosial media müqaviləsi bağlayın

16 Sentyabr 2018 19:15
0 Şərh     Baxış: 861
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Son illərdə həyaımızda əhəmiyyətli bir yer tutan sosial media bütün münasibətlərimizə təsir etməkdədir.

Milli.Az islaminsesi.info-ya istinadənövladınızı sosial medianın təsirlərindən qorumaq üçün bir sıra tövsiyyələri təqdim edir. İndiyə kimi aparılan araşdırmalar göstərir ki, virtual aləmdə çox vaxt keçirmək insanları reallıqdan uzaqlaşdırır və onları xüsusi formalaşdırılmış şəxsiyyətlərə çevirir. Psixoloqlar bildirirlər ki, bu kimi əks təsirlərin qarşısını almaq üçün  valideynlər qadağanlar əvəzinə, uşaqlarla münasibət qurmağa üstünlük verməlidirlər.

Sosial medianın verdiyi ziyanlar aşağıdakı kimi təsnif edilə bilər.

Sosial medianın asılılıq səviyyəsini göstərən əlamətlərdən biri zamanın düzgün tənzimlənməməsidir. Bu nəzarətin itirilməsi vaxtın boş yerə itirilməsi yanaşı insanın ətrafı və yaxınları ilə münasibətlərinin korlanmasına gətirib çıxarır. Lakin "istədiyim zaman əl çəkə bilərəm" ideyası insana hakim olarsa o çətin bu vərdişindən əl çəkər.

Araşdırmalara görə əgər uşaq erkən yaşda sosial medianı özü üçün kəşf etsə, bu onda yanlış şəxsiyyətin formalaşmasına gətirib çıxara bilər. Bunun üçün uşağınızı sıxışdırmaq yerinə, onunla qarşı-qarşıya oturub söhbətləşmək lazımdır. İlk növbədə internet üçün ailə qaydalarını müəyyən etmək lazımdır. Belə bir müqavilə formasını sizinlə paylaşırıq.

1.Şəxsi məlumatları qətiyyən sosial mediada paylaşmaq olmaz.

2. Ailə ilə kompüterə endiriləcək proqramları müzakirə etmək lazımdır və  razılıq olarsa bu baş tutmalıdır.

3. Ailədən xəbərsiz şifrə dəyişdiriləməyəcək. Şifrə dostlara verilməyəcək və gizli heç bir hesab açılmayacaq.

4. Ailənin xəbəri olmadan heç bir söhbət məkanına girilməyəcək və şəxsi olaraq tanınmayan heç kimlə danışılmayacaq.

5. İnternet  üzrə həll ediləcək ev tapşırıqları və internetlə bağlı problemlərin həlli üçün gündəlik 2 saatdan artıq vaxt sərf edilməməlidir.

6. Ailə daimi olaraq internetdəki hesabı  araşdıracaq.

7. Dostların  və yaxınların  uyğun olmayan fotoları çəkilməyəcək və bunlara sosial şəbəkədə paylaşılmayacaq.

8. Sosial medianı başqalarını təhqir etmək və aşığlamaq kimi  istifadə olunmayacaq.

9. Sosial mediada  yer göstərilməyəcək,  yəni məkan paylaşımı edilməyəcək.

10. Hər hansı bir kanaldan və ya kimdənsə hədələr alınsa cəzalandırılma qorxusuna baxmayaraq bunu ailə ilə bölüşmək lazımdır. 

11. Əgər internetdə yaşa  uyğun olmayan foto və ya video görülsə  bunu izləmək  dərhal dayandırılmalıdır.

Xatırladaq ki, bu qaydaları yalnız uşaq və valideynlər arasında deyil, evli cütlüklər də arasında da tətbiq etmək mümkündür.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.