Maraqlı

Artıq çəki göz sağlamlığına belə təsir edir

16 Sentyabr 2018 20:10
0 Şərh     Baxış: 895
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Artıq çəkinin səbəb olduğu xəstəliklərin göz sağlamlığına da yaxından təsir etdiyini bildirən mütəxəssislər bu mövzu barəsində belә deyirlәr: "Artıq çәki insanları adətən estetik baxımdan narahat etsə də, başda ürək, damar və diabet xəstəlikləri ilə yanaşı göz sağlamlığında da ciddi zədələrə səbəb ola bilər".

Göz sağlamlığını təhdid edən və çəkini nəzarətə almaqla sağala bilən xəstəliklərin başında yuxu apnesi gəlir. Nəfəs dayanmaları və yuxuda kifayət qədər oksigen almamaq ilə ortaya çıxan yuxu apnesi yorğunluq, diqqət pozğunluğu və çəki artımı ilə birlikdə yuxu zamanı keçiriləcək infarkt kimi ciddi risklərə yol aça bilər.

Həmçinin yuxu apnesi olan xəstələrdə göz qapaqlarında zəifliyə və gözün açıq qalmasına bağlı olaraq gözün şəffaf təbəqəsində əmələ gələn zədələr xüsusilə səhərlər şiddətli göz ağrısına səbəb olur.

Yuxu apnesi bundan başqa, göz təzyiqi və görmə mərkəzində maye yığılıb qalması şəklində özünü göstərən bir xəstəliyə də yol açır

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.