Maraqlı

Zülmün 7 nəticəsi

16 Sentyabr 2018 22:50
0 Şərh     Baxış: 1 840
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Və Allahı zalımların etdiklərindən əsla xəbərsiz sanma! (Allah) onlara əslində yalnız gözlərin (Məhşərin dəhşətindən) bərələcəyi gün üçün möhlət verir. Boyunlarını uzadıb başlarını yuxarı qaldıran halda gözlərini belə qırpmazlar. Onların qəlbləri (dəhşətin çoxluğundan hər hansı bir fikir və diqqətdən) boşdur". ("İbrahim" 42-43).

Milli.Az deyerler.org-a istinadən bildirir ki, bu ayələrdə Allahın zalımlara xəbərdarlıq etdiyinin şahidi olur və yeddi mühüm məsələni dərk edirik.

1. Allah zalımlar üçün dünyada qorxu və dəhşət yaradar. Onlar bilməlidirlər ki, Allah onların əməllərindən xəbərsiz deyildir.

2. Zalımın bütün əməlləri Allah yanında qeyd olunmuşdur.

3. Cəhənnəm atəşini görməyə belə qüdrəti olmadığı halda, zülmünə davam edir.

4. Gözlər ancaq bir tərəfə dikilər.

5. İndiyə qədər görmədikləri həqiqətə diqqət edər.

6. Heyrətləri o həddədir ki, hətta gözlərini belə qırpmazlar.

7. Qəlbləri gördükləri həqiqətdən əriyər, çünki indiyə qədər məsxərə etdikləri əməllərini xatırlayarlar.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.