Maraqlı

Uşaqlar üçün sevgi nədir? - MÖHTƏŞƏM CAVABLAR

15 Sentyabr 2018 22:10
5 Şərh     Baxış: 1 168

Aparılan araşdırma zamanı 4-8 yaş arası uşaqlara "Sevgi nədir?" sualı verilib. Verilən cavablar isə çox geniş və dərin məna daşıyıb.

Uşaqların dünyasında sevgi nədir?

Rebeka (6 yaş) - Mənim nənəm xəstələnəndə tərpənə bilmədiyi üçün ayaq dırnaqlarına "lak" çəkə bilmirdi. Onda mənim babam bu işi onun üçün həmişə özü edirdi. Bu, sevgidir.

Billi (4 yaş) - Əgər kimsə səni sevirsə, sənin adını xüsusi deyəcək. Və sən bilirsən ki, sənin adın onun ağzındaykən təhlükəsiz yerdədir.

Krissi (6 yaş) - Sevgi - yeməyə gedəndə qarşılığında heç nə istəmədən qızarmış kartoflarının yarısını həmin adama verməkdir.

Terri (4 yaş) - Sevgi - yorulanda belə, səni gülməyə məcbur edən yeganə şeydir.

Denni (7 yaş) - Sevgi - anamın atama qəhvə hazırlayanda ona vermədən əvvəl dadlı olub-olmadığına əmin olmaq üçün bir qurtum içməsidir.

Emili (8 yaş) - Sevgi o zaman yaşanır ki, həmişə öpüşərsiniz. Öpüşməkdən yorulanda isə bütün günü bir yerdə olmaq və söhbət etmək istəyirsiniz. Mənim atam və anamda da belədir. Onlar bir-birini öpəndə bir insan olurlar.

Noel (7 yaş) - Sevgi -  bəyəndiyin oğlana "bu köynəyini xoşlayıram" dediyin üçün bütün günü həmin köynəyi geyinməsidir.

Kris (7 yaş) - Sevgi - anamın atama üst-başı çirkli olsa belə, Robert Redford kimi yaraşıqlı olduğunu deməsidir.

Meri Enn (4 yaş) - Sevgi - itini bütün günü evdə yalnız buraxsan da, yenə də gəlib qarşında oturmasıdır.

Cesika (8 yaş) - Əgər sən sevmirsənsə, "səni sevirəm" deməməlisən. Yox əgər sevirsənsə, sevdiyini həmişə deməlisən. İnsanlar isə bunu unudurlar.

Milli.Az

loading...

Şərh yaz:

5 Şərh:

  • Anonim
    Paro · 15 Sentyabr 22:5660

    Tercume uwaqlarin fikirlerini dahilerin aforizmlerine benzedib lap. Uwaq vaxti menimcun en boyuk xowbextlik mamam,nenem ve men bir arada olanda olurdu.O geceni o qeder rahat yatirdimki,ne yaxwi her ikisi yanimdadi.Eslinde yene de isterdim daima yanimda olsunlar.

    Cavab yaz
  • Anonim
    Sayalı · 15 Sentyabr 23:1530

    Mence insanın saçının sığallanması bele sevgidir

    Cavab yaz
  • Anonim
    Sayalı · 15 Sentyabr 23:1510

    Mence insanın saçının sığallanması bele sevgidir

    Cavab yaz
  • Anonim
    GƏNCƏLİ AVROPADAN... · 16 Sentyabr 08:5210

    Halaldı, uşaqlardan dahiyanə fikirlər. Böyüklər heç belə gözəl izah edə bilməz fikrini. R.Redford zad....

    Cavab yaz
  • Anonim
    Kalbim · 16 Sentyabr 13:4200

    Uşaqların çoxu öz ailələrindən stat gətiriblər.Məncə belə sevgi dolu ailədə böyüyən uşaqlar çox xoşbəxtdirlər.

    Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.