Maraqlı

Elektrikləşdirilmiş Mustang hazırlanir

11 Sentyabr 2018 08:05
0 Şərh     Baxış: 861
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Ford şirkəti Mustang seriyasının əsasında yaradılan elektromobilin ilk render fotosunu təqdim edib. Təqdim olunmuş fotodan da görmək olar ki, elektromobil yeni nəsil Mustang idman avtomobilinə bənzəyir.

Milli.Az technote.az-a istinadən bildirir ki, bunu əsasən elektromobilin kuzov forması və arxadakı işıqlandırma sistemi sayəsində hiss etmək olar. Ford Mustang-ın elektrikləşdirilmiş versiyasının texniki özəllikləri barəsində məlumatlar verilməyib. Bununla belə məlumdur ki, sözügedən elektromobil bir dəfə şarj olunandan sonra 480 km yol qətt edə biləcək. Elektromobilin yaradılmasında Ford şirkətinin yeni şöbəsi olan Ford Team Edition iştirak edir. Həmin şöbə həmçinin Lincoln adlı eletromobilin hazırlanması ilə də məşğuldur. Elektrikləşdirilmiş Ford Mustang modelinin 2020-ci ildə satışa çıxması gözlənilir.
Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.