Maraqlı

Windows 7 2023-cü ildə "dəfn" olunacaq

11 Sentyabr 2018 08:21
0 Şərh     Baxış: 1 011
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Windows 7" əvvəlki kimi korporativ istifadəçilər arasında ən populyar əməliyyat sistemi olaraq qalır və şirkətlər "Windows 10" sisteminə keçməyə tələsmir. "Windows 7" sisteminin genişləndirilmiş dəstəyi 14 yanvar 2020-ci il tarixində dayandırılmalı idi, ancaq "Microsoft" bu müddəti daha 3 il uzatmağa dair qərar verib. Bu haqda şirkətin bloqunda "Microsoft" şirkətinin "Office" və "Windows"un marketinqi üzrə vitse-prezidenti Cared Spataro deyib.
 
Milli.Az ICTnews-a istinadən bildirir ki, vaxtı uzadılmış genişləndirilmiş dəstək "Microsoft"un korporativ lisenziyalaşdırma proqramının iştirakçısı olan "Windows 7 Professional" və "Windows 7 Enterprise" istifadəçiləri üçün əlçatan olacaq. Dəstək ödənişli olacaq: ödəniş hər bir ayrı qurğu üçün ediləcək və hər il artacaq.
Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.