Maraqlı

Ən pis və ən yaxşı avtomobillər seçildi - FOTO

6 Sentyabr 2018 12:49
0 Şərh     Baxış: 3 252
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Nüfuzlu "What Car?" resursu Britaniyada avtomobil sahibləri arasında sorğu keçirərək ən etibarlı və ən etibarsız, yəni ən yaxşı və ən pis maşınların yeni reytinqini hazırlayıb.

Milli.Az Daily Mail-ə istinadən bildirir ki, ən etibarsız avtomobillər sıradançıxmalar və nasazlıqların sayına görə müəyyənləşdirilib.

"Qara siyahı"ya "Land Rover Discovery" başçılıq edir. Bu maşında nasazlıq riski 97 faizdir.

İlk beşlikdə sonrakı yerləri "Range Rover Evouqe", "Ford Edge Hatcback Diesel", "Range Rover" və "Tesla" tuturlar.

Ən etibarlı maşınların reytinqinə isə "Toyota Yaris" liderlik edir. İlk beşlikdə sonrakı yerlərdə "Suzuki Sx4 S-Cross", "Nissan Leaf", "Toyota RAV 4X4" və "BMW 3 Series" var.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.