Maraqlı

Beyinlərimiz bir-biri ilə danışır?

2 Sentyabr 2018 19:20
1 Şərh     Baxış: 1 276
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Beyinlərimiz biz fərqinə varmadan bir-biri ilə danışa bilir?

Milli.Az islaminsesi.info-ya istinadən bildirir ki, ABŞ-ın Norsvestern univerisitetinin professoru Moran Cerfi belə iddia edir. Cerf 10 ildir ki, insan beyinlərini araşdırmaqla məşğuldur. O müəyyən edib ki, insanlar birlikdə çox vaxt keçirdikdə onların beyin dalğaları eyni siqnalları verməyə başlayır. Hətta bəzən bu beyinləri ayırd etmək olmur.

Cerfinin araşdırmalarına əsasən məlum olub ki, eyni filmləri izləyən insanların da beyni eyni siqnalları verir. Bu bir növ elektriklərin sinxronizasıyasıdır.

"Cəmi iki həftə sonra eyni filmi izləyən, eyni kitabları oxuyan,  eyni təcrübəni paylaşan və yalnız bir-biri ilə danışan insanlar eyni dil, duyğu və nəzər bucağı yaradırlar".

Professorun fikrincə ona görə də vaxt keçirtməyi planladığımız adamları diqqətlə seçməliyik.

"Biz həmişə ən yaxınımızın təsirinə düşürük. Əgər çox pis bir tərəfdaşınızla 10 il bir yerdə olsanız bunun necə ağır bir nəticələr verəcəyini özünüz görə bilərsiniz".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.