Maraqlı

Ayda donmuş su aşkarlandı

21 Avqust 2018 20:52
0 Şərh     Baxış: 754
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Alimlər Ayın səthində donmuş suyun mövcudluğu barədə təkzibedilməz sübutların olmasına əmindirlər. Çox qədim mənşəyi olan buzlar Yerin təbii peykinin şimal və cənub qütblərində aşkar olunub.

Milli.Az axar.az-a istinadən bildirir ki, bu nəticələr 2008-2009-cu illərdə Ayın səthində tədqiqat aparmış Hindistanın "Chandrayaan-1" kosmik missiyasının təqdim etdiyi faktlara əsaslanıb. Belə ki, bu missiyanın hazırladığı Ayın Mineraloji Xəritəsində buradakı suyun üç halı (maye, bərk və buxar) olduğu əksini tapıb. Cənub qütbündə donmuş su mənbələri kraterlərdə sıx kütlə halında, şimalda isə daha seyrək və geniş əraziyə yayılmış vəziyyətdədir. Xüsusi cihaz vasitəsilə bu buzların udduğu infraqırmızı şüaların miqdarı da müəyyən edilib.

Astronomlar bildirirlər ki, əslində, Ayda gündüz vaxtı 100 dərəcə selsiyə çatan temperatur buz kütləsinin yaranmasına imkan vermir. Lakin Ay öz oxu ətrafında 1,54 dərəcə fırlanaraq əyildiyi üçün cənub və şimal qütbləri günəş şüalarına məruz qalmır. Məhz bu səbəbdən qütblərdəki kraterlərdə temperatur mənfi 157 dərəcə Selsiyə çatır. Ayın iki qütbündə olan bu xüsusiyyətlər isə suyun donmasına və buzların uzun müddət qalmasına şərait yaradır.

Alimlərin fikrincə, kraterlərdə buzun bir neçə millimetr qalınlıqda olması gələcəkdə insanların Ayın səthindəki suyu tədqiq etməsinə imkan yarada bilər.

Günəş sisteminin digər cisimlərində - Merkuri və cırtdan planet Seresin səthində də donmuş su aşkar edilmişdi.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.